17 Oktyabr 2020 13:23
434
SİYASƏT
A- A+

Azərbaycan Prezidenti son günlər ərzində məhv edilmiş və qənimət götürülmüş düşmən texnikası barədə məlumatları açıqlayıb


Prezident İlham Əliyev xalqa müraciətində son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və qənimət götürülmüş düşmən texnikası barədə bəzi məlumatları açıqlayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı aşağıdakı rəqəmləri diqqətə çatdırıb: 234 ədəd tank məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, 49 ədəd piyadaların döyüş maşını məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu - 16 ədəd, müxtəlifçaplı toplar - 190 ədəd, "Uraqan” sistemi - 2 ədəd, TOS odsaçan -1 ədəd, əməliyyat taktiki raket kompleksi "Elbrus” - 2 ədəd, "Toçka-U” -1 ədəd, OSA zenit raket kompleksi - 35 ədəd, TOR zenit-raket kompleksi 3 ədəd, KUB və "Kruq” zenit raket kompleksi - 5 ədəd, radioelektron mübarizə sistemləri 9 ədəd, S-300 zenit raket kompleksi – 2 ədəd. Yük avtomobilləri - 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb.

Sual olunur, kim onları silahlandırır? "Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatda götürə bilər. Bu suallara biz cavab tapmalıyıq və tapacağıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video