16 Oktyabr 2020 22:17
366
SİYASƏT
A- A+

Prezident: Bizim Türkiyədən, Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir


Bizim Türkiyə və Pakistandan hərbi dəstək istəmək fikrimiz yoxdur. Türkiyə və Pakistan bizə ilk dəstək olan ölkələrdir. Onlardan sonra Əfqanıstan, Bosniya və Herseqovina, digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Mənim qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilk saatlardan çox dəqiq və çox qəti mesajlar verdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizi daha da ruhlandırdı. Ancaq hərbi dəstəkdən söhbət gedə bilməz. Buna ehtiyac yoxdur.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində danışıb.

Dövlətimizin başçısı deyib: "Bu gün Ermənistanın baş naziri tərəfindən uydurulan yanlış məlumat, əlbəttə ki, beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib. Misal üçün, dünən Rusiya televiziyasına verdiyi açıqlamasında demişdir ki, Azərbaycan tərəfində Türkiyə vuruşur, Pakistan vuruşur, Suriyadan, Liviyadan olan əsgərlər vuruşur. Bunlar hamısı yalandır. Bu yalanı ifşa etmək o qədər də çətin məsələ deyil. Toqquşmaların ilk günündə demişdilər ki, Ermənistanın Su-25 təyyarəsini Türkiyənin F-16 təyyarəsi vurmuşdur. Biz dedik ki, sübut verin. Verə bilmədilər. Sonra hər kəs gördü ki, bu, yalandır. İndi bunu artıq demirlər. İndi yeni yalan ortaya atırlar ki, guya Pakistan və türk əsgərləri bizimlə bərabər vuruşurlar. Sübutlar versinlər. Yoxdur bu”.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan tərəfi, ilk növbədə, Azərbaycan Ordusunun gücünü pərdələmək istəyir. "Guya ki, Azərbaycan təkbaşına bunu edə bilməzdi. İkincisi, onun daha bir yalanı odur ki, guya bu toqquşma artıq bölgədən çıxıb, daha qlobal bir toqquşmaya çevrilib. Bu da yalandır. Bizim Türkiyədən, Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir”, - deyə dövlətimizin başçısı əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video