16 Oktyabr 2020 18:30
536
CƏMİYYƏT
A- A+

QMİ-də Vətən Müharibəsi ilə bağlı yerli və xarici media nümayəndələri üçün brifinq keçirilib


Oktyabrın 16-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycandakı dini konfessiya rəhbərlərinin iştirakı ilə Vətən Müharibəsi ilə bağlı yerli və xarici media nümayəndələri üçün brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə müqəddəs "Qurani-Kərim”dən ayələr oxunub.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyalarla birgə bəyanatı oxunub.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vətən uğrunda şəhid olanların xalqımızın yaddaşında daim yaşayacaqlarını bildirib. Qeyd edib ki, belə vətənpərvər övladları olan ölkə heç zaman məğlub ola bilməz. Bu gün Azərbaycan Vətən Müharibəsi aparır, şəhidlərimiz, yaralılarımız var. Azərbaycan xalqına, şəhid ailələrinə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirəm.

QMİ sədri bildirib ki, Ermənistan 1990-cı illərdə xalqımıza qarşı törətdikləri vandalizm aktlarını bu gün də davam etdirmək istəyirlər. Lakin bu gün Azərbaycan güclü dövlətdir. Azərbaycanın güclü Ordusu və güclü Lideri var. Azərbaycan Prezidenti bir-birindən uğurlu addımlar sayəsində işğal altındakı torpaqlarını azad edir. Qafqaz Müsəlmanları İdarəsi də öz fəaliyyəti ilə dövlətimizin başçısına dəstək olur. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dünyanın bir çox ölkələrinə erməni vandalizmi barədə məktublar yazılıb, bu ölkələrin rəhbər şəxsləri məlumatlandırılıb. Ermənistanın ən çox qabartmaq istədiyi məsələ münaqişəni dinlərarası müstəviyə daşımaq idi. Lakin onların bu planı da baş tutmadı.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşein, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev, Azərbaycanda katolik icmasının rəhbəri Vladimir Fekete, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbəri Aleksandr Şarovski erməni vandalizmi barədə fikirlərini bildiriblər. Qeyd edilib ki, təcavüzkar siyasətindən, müharibə cinayətlərindən və insanlıq əleyhinə yönəlmiş çirkin əməllərdən əl çəkməyən işğalçı Ermənistan silahlı qüvvələri BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, habelə humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutmaqda davam edir.

Tədbir sualların cavablandırılması ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video