16 Oktyabr 2020 16:36
317
SİYASƏT
A- A+

Ukraynalı hərbçi: 1992-ci ildə Xocalı faciəsini törədən Ermənistan bu gün də dinc sakinləri hədəfə alır


1992-ci ildə Xocalı faciəsini törədən Ermənistan bu gün də, əsasən, dinc sakinləri hədəfə alır. Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinin və digər rayonların raket hücumlarına məruz qalması ermənilərin çirkin niyyətlərindən xəbər verir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu təxribatlarını qəti şəkildə pisləməlidir.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında ukraynalı hərbçi, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryov söyləyib.

Ukraynalı hərbçi bildirib ki, Ermənistan silahlı qüvvələri birmənalı olaraq Azərbaycan ərazilərini tərk etməlidir.

"Azərbaycanın Silahlı Qüvvələri öz ərazi bütövlüyünü bərpa etmək üçün istənilən gücə malikdir. Azərbaycan Ordusunun bu məqsədlə uğurlu hərbi əməliyyatlar keçirməsi bunun daha bir əyani sübutudur”, - deyə Aleksey Şvaryov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video