16 Oktyabr 2020 16:20
467
SİYASƏT
A- A+

Beynəlxalq humanitar təşkilatların rəhbərləri Ermənistanın Azərbaycana qarşı təxribatı barədə məlumatlandırılıb


Azərbaycan Respublikası Baş Nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Əhmədov beynəlxalq humanitar təşkilatların rəhbərlərinə məktublar ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş Nazirin müavini məktublarda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə məlumat verib.

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan və raket sistemlərindən Azərbaycan Ordusunun mövqelərini, eyni zamanda, yaşayış məntəqələrini atəşə tutması nəticəsində dinc sakinlərin həlak olması və yaralanması, yaşayış binalarının, mülki və digər obyektlərin dağıdılması faktları diqqətə çatdırılıb. Erməni tərəfinin beynəlxalq humanitar hüquqa məhəl qoymadan bir qayda olaraq mülki əhalini və infrastrukturu hədəfə almasının xüsusi narahatlıq doğurduğu qeyd edilib. Belə ki, Moskva şəhərində əldə olunan humanitar atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə saat sonra cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını "SCUD” raket sistemindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 10-u qadın, 9-u uşaq olmaqla 34 nəfər yaralanıb.

Baş Nazirin müavini bunun Ermənistanın dünya ictimaiyyətinin sülh çağırışlarına, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə məhəl qoymadığını əyani şəkildə sübuta yetirdiyini ifadə edib.

Əli Əhmədov bildirib ki, beynəlxalq təşkilatlar Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayətləri törətməsinə laqeyd qalmamalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video