16 Oktyabr 2020 13:30
370
SİYASƏT
A- A+

Erməni faşistləri Suqovuşan Hidroqovşağında bütün hidrotexniki və elektrik avadanlıqlarını yararsız hala salıblar - su anbarına baxış keçirilib


Şanlı Azərbaycan Ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad edilən Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bir sözlə, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Emil Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Suqovuşan kəndi işğaldan azad olunduqdan sonra Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin işçiləri tərəfindən su anbarına baxış keçirilib. Su anbarına baxış zamanı məlum olub ki, erməni faşistləri tərəfindən Hidroqovşağda suyun idarəolunmasını təmin edən bütün hidrotexniki və elektrik avadanlıqları yararsız hala salınıb.

"Lakin, bu, biz melioratorları ruhdan salmır. Çünki biz əminik ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Suqovuşan hidroqovşağı və onunla yanaşı Tərtərçay suvarma sistemi də yenidən bərpa edilərək əvvəlki vəziyyətindən də yaxşı hala salınacaq. Nəinki Suqovuşan irriqasiya kompleksi, eləcə də işğaldan azad olunacaq digər su təsərrüfatı obyektlərimiz də yenidən təmir olunacaq, torpaq və su istifadəçilərin ixtiyarına veriləcək. Qarabağ torpağı bərəkətli torpaqlardır. Həmişə bu torpaqlardan bol məhsul götürülüb. Bundan sonra biz buradan daha bol məhsul əldə edəcəyik", - deyə Emil Hacıyev bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video