30 Sentyabr 2020 20:36
654
DÜNYA
A- A+

Türkiyə ərazisində genişmiqyaslı COVID-19 yoxlamaları keçiriləcək

 
Oktyabrın 1-də Türkiyə ərazisində genişmiqyaslı COVID-19 yoxlamaları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, yoxlamalarla bağlı xəbərdarlıq artıq Türkiyənin 81 vilayətinin aidiyyəti qurumlarına göndərilib. Yoxlamalarda ölkənin bütün aidiyyəti qurumlarının rəhbər şəxsləri, o cümlədən bələdiyyə sədrləri, məhəllə muxtarları, kaymakamları, polis təşkilatlarının və bir sıra digər dövlət idarələrinin əməkdaşları iştirak edəcəklər.

"Sağlamlıq üçün, hamımız üçün” şüarı altında keçiriləcək yoxlamalarda Türkiyənin bütün nəqliyyat vasitələri, kafe, mağaza kimi bir sıra ictimai yerlərində COVID-19-a qarşı aparılan tədbirlər araşdırılacaq.

Qeyd edək ki, Türkiyədə qəbul olunan yeni qərara əsasən ölkənin bütün ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin xüsusi "HES” (Həyat evə sığar) kodu almaları vacibdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video