30 Sentyabr 2020 20:08
445
SİYASƏT
A- A+

Türkiyənin dəstəyindən narahat olan Fransa Prezidenti azərbaycanlı mülki əhalinin ölümündən də “narahatdırmı”?

 
Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan arasında baş verən ağır döyüşlərlə əlaqədar Türkiyənin "döyüşkən” bəyanatlar verməsi məni narahat edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Riqada səfərdə olan Fransa prezidenti Emmanuel Makron keçirdiyi mətbuat konfransında səsləndirib.

Türkiyənin Azərbaycana dəstək verməsi 30 ildir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həvalə olunmuş ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın prezidentini "çox narahat” edib. Ancaq Ermənistanın son döyüşlərdə mülki obyektləri, yaşayış evlərini hədəfə almasından, bunun nəticəsində 15-dək azərbaycanlı mülki şəxsin ölümündən və 40-a yaxınının yaralanmasından narahat olduğunu dilə gətirməyib.

Fransa prezidentinə bir daha xatırlatmaq istərdik ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində xüsusi vurğulanan "erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələbi 27 ildir həllini gözləyir.

Fransa prezidenti Türkiyənin siyasi bəyanatlarının təhlükəli olduğunu deyib. Ancaq unudub ki, başladığı münaqişənin danışıqlar və sülh yolu ilə həllində maraqlı olmayan Ermənistan heç Fransa prezidentinin səsinə də məhəl qoymur. Doğma yurduna qayıtmaq arzusu ilə yaşayan və Minsk qrupundan konkret fəaliyyət gözləyən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün isə daha səbri qalmayıb.

Xatırladaq ki, Fransa prezidenti Şərqi Aralıq dənizi məsələsində də Türkiyəyə qarşı əvvəlcə yüksək tonla danışsa da, Almaniyanın Türkiyə ilə dialoqa çağırışından sonra mövqeyini bir qədər yumşaldıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video