30 Sentyabr 2020 17:30
419
SİYASƏT
A- A+

Polad Bülbüloğlu: Əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, bu, bütün körpülərin yandırılması demək olacaq

 
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xəbərdarlıq edib ki, əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, bu, necə deyərlər, bütün körpüləri yandırmağa bərabər olacaq.

AZƏRTAC xəbər verir ki, səfir bu fikirləri Rusiyanın RBK telekanalına müsahibəsində söyləyib. P. Bülbüloğlu qeyd edib ki, bu halda Azərbaycanın reaksiyası çox sərt olacaq.

Diplomatın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan indiyə qədər də Qarabağ barəsində sərt bəyanatlar verməklə, danışıqlar prosesini pozmağa çalışmaqla "körpüləri yandırıb”. P.Bülbüloğlu deyib: "Bu faciənin təqsirkarı Paşinyandır. Mənim fikrimcə, kiçik bir ərazidə Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoymağa cəhd göstərilir. Paşinyanın komandası qərbyönümlüdür və müəyyən sifarişi yerinə yetirir”.

Azərbaycan səfiri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun öz ölkəsinin bu münaqişədə Azərbaycana kömək etməyə hazır olması barədə bəyanatını şərh edərək deyib: "Türkiyənin rəhbərliyində Rusiyanın və KTMT-nin nə demək olduğunu başa düşən kifayət qədər praqmatik insanlar var. KTMT nə üçün bu münaqişəyə müdaxilə etmir? Ona görə ki, döyüşlər Azərbaycan ərazisində gedir. Əgər KTMT müdaxilə etsə, bizim müttəfiqimiz Türkiyə də müdaxilə edə bilər”.

P.Bülbüloğlu daha sonra bildirib ki, Azərbaycan Qarabağdan erməniləri qovmaq vəzifəsini qarşıya qoymayıb. "Məqsəd azərbaycanlıları oraya qaytarmaqdır ki, orada hamı birlikdə yaşasın”, - deyən diplomatın sözlərinə görə, erməni silahlı bölmələrinin Azərbaycan ərazisindən çıxarılması, sərhədlərin açılması və ticarətin bərpa edilməsi, artıq bundan sonra Dağlıq Qarabağın statusunun müzakirə edilməsi münaqişənin həll yolu olardı.

Diplomat türkiyəli hərbçilərin münaqişədə iştirakı barədə Yerevanın bəyanatlarını təkzib edib. O deyib: "Təlimlərdə iştirak edən F-16 təyyarələri artıq uçub geri qayıdıblar, bizdə heç bir muzdlu yoxdur. Suriyadan olan muzdlular da yoxdur, əgər olsaydı, onlar dərhal görünərdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video