30 Sentyabr 2020 12:09
491
SİYASƏT
A- A+

İndoneziya parlamentinin Milli Oyanış Partiyası fraksiyası: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyirik


Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və vətəndaşlarımızın təhlükəsizliyinə qarşı yönəlmiş təcavüzü ilə bağlı İndoneziya parlamentinin deputatı Anqqia Erma Rini özünün və təmsil etdiyi Milli Oyanış Partiyası fraksiyasının adından (bu fraksiya parlamentdə 51 deputatla təmsil olunur) bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda sentyabrın 27-dən başlayaraq Ermənistanın cəbhə xətti boyunca Azərbaycana qarşı hərbi təcavüz aktları, Azərbaycanın mülki əhalisinə hücumları qətiyyətlə pislənilir. Vurğulanır ki, təcavüz nəticəsində Azərbaycanın mülki şəxsləri və hərbi qulluqçuları arasında itkilər var, bir çox evlərə və digər mülki infrastruktura böyük ziyan dəyib.

"Biz Ermənistanı beynəlxalq hüququn, xüsusilə beynəlxalq humanitar hüququn prinsiplərinə, habelə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bütün qətnamələrinə hörmətlə yanaşmağa çağırır, Ermənistanın bütün qoşunlarını dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarmasını tələb edirik.

Ermənistanın hərbi təcavüzünü dəf etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin daxilində mülki əhalinin və sıx məskunlaşmış yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin özünümüdafiə hüququ və beynəlxalq humanitar hüquqa tam uyğun olaraq həyata keçirdiyi əks-hücum tədbirləri də daxil olmaqla, Azərbaycan tərəfindən həyata keçirilən bütün tədbirləri dəstəkləyirik. Fraksiyamız adından və öz adımdan şəhid ailələrinə və onların yaxınlarına, eləcə də bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığımı verirəm”, - deyə bəyanatda qeyd edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video