28 Sentyabr 2020 22:15
394
SİYASƏT
A- A+

Türkiyənin Ədliyyə naziri Ermənistanın genişmiqyaslı təxribatları ilə əlaqədar Azərbaycanın Ədliyyə nazirinə məktub göndərib


Türkiyə Respublikasının Ədliyyə naziri Əbdülhəmid Gül Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları ilə əlaqədar Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədova məktub göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda Azərbaycana qarşı Ermənistan tərəfindən hücumları qınadıqlarını ifadə edən nazir bir millət, iki dövlət şüarı ilə hər zaman qardaş ölkənin yanında olduqlarını bildirib. O, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın 30 ildir Ermənistanın işğalı altında olmasına beynəlxalq cəmiyyətin münasibət bildirmədiyini qeyd edib. Bundan istifadə edən Ermənistanın son günlərdə həddini aşaraq xain hücumlar həyata keçirdiyini diqqətə çatdırıb.

Əbdülhəmid Gül Azərbaycan xalqının haqlı mübarizəsində yanında olduqlarını, onu dəstəklədiklərini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video