28 Sentyabr 2020 16:59
454
SİYASƏT
A- A+

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanındadır


Azərbaycan torpaqlarına hücum edən Ermənistanı bir daha sərt şəkildə qınayıram. Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək. Bölgədə sülhün və sabitliyin bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməlidir. Bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son qoyulmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən beynəlxalq Şərqi Aralıq dənizi simpoziumunda çıxışı zamanı səsləndirib.

"Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsi ilə bölgədə sülh və əmin-amanlıq bərqərar olacaqdır”, - deyən Türkiyə Prezidenti bundan başqa çıxış yolunun qanunsuzluq, haqqın və hüququn tapdanması olduğunu vurğulayıb.

Türkiyə dövlətinin başçısı deyib ki, hazırkı vəziyyət bölgədəki bütün böyük dövlətlərə real və ədalətli həll üsullarını tətbiq etmək imkanı verir. Otuz ildir bu problemin həlli üçün heç nə edilməyib. Azərbaycan istər-istəməz öz problemini özü həll etmək məcburiyyətində qalıb və bunun üçün hərəkətə keçib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video