28 Sentyabr 2020 16:21
487
SİYASƏT
A- A+

Azərbaycan gəncləri və idman ictimaiyyətinin nümayəndələri düşmənin təxribatları ilə əlaqədar bəyanat yayıblar


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də saat 06:00 radələrindən etibarən genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ilə bağlı bəyanat yayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu dərhal genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Düşmən qısa müddətdə layiqli cavabını alıb, böyük itkilər verib. Azərbaycan Ordusu uğurlu əməliyyat nəticəsində 7 kəndi, Murov dağı silsiləsindəki Murov zirvəsini və Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyi işğalçılardan azad edib.

"Ordumuzun zəfərlərindən qürur duyaraq, uzun illərdir bütün sahələrdə yüksək fəallıq göstərən gənclərimiz, saysız-hesabsız beynəlxalq yarışda qələbələr qazanıb, bayrağımızı yüksəldərək himnimizi səsləndirən idmançılarımız adından bildiririk ki, biz Prezident İlham Əliyevin siyasətini hər zaman olduğu kimi dəstəkləyirik. Hər bir gəncimiz, yaşından asılı olmayaraq idman ictimaiyyətinin hər bir üzvü Ali Baş Komandanın ətrafında sıx birləşib, istənilən an ordumuza qoşulmağa, ön cəbhədə döyüşməyə hazırdır.

Bu işğala son qoyulmalıdır və qoyulacaq. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər qazanacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır. Ali Baş Komandanın bu sözləri hər bir azərbaycanlının hədəfi, amalı, arzusudur”, - deyə bəyanatda qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video