28 Sentyabr 2020 16:17
416
SİYASƏT
A- A+

Azərbaycan Ordusunun cəbhədəki uğurları xalqımız tərəfindən böyük sevinclə qarşılanır

Sentyabrın 27-də səhər saatlarından etibarən Ermənistan ordusunun həyata keçirdiyi təxribatlar Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə nəticələnib. Ordumuzun həyata keçirdiyi sürətli əks-hücum nəticəsində işğal altındakı yeddi kənd erməni terrorçularından azad edilib, bir sıra yüksəklik ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Cəbhədə baş verənləri Azərbaycan Ordusunun, Prezident, Ali Baş Komandan İlham Əliyevin və xalqımızın böyük uğuru kimi qiymətləndirən Cəlil Xəlilov qeyd edib ki, Ordumuzun əks-hücumları nəticəsində yeddi kəndin işğaldan azad edilməsi Silahlı Qüvvələrimizin böyük uğurudur və bu, xalqımız tərəfindən böyük sevinclə qarşılanıb. Uğurlu əks-hücum əməliyyatlarının davam etdiyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, yaxın vaxtlarda Azərbaycan Ordusunun hərbi uğurları daha da genişlənəcək və yeni ərazilərin işğaldan azad edilməsi ilə nəticələnəcək.

C.Xəlilov deyib: "Prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə Ermənistana xəbərdarlıq edib, işğalçını hərbi təxribatlardan əl çəkməyə, mülki obyektlərin atəşə tutulmasını dayandırmağa, atəşkəs rejiminin qaydalarına əməl etməyə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan tərəfinin səylərinə adekvat reaksiya verməyə səsləyib. Lakin rəsmi İrəvan Azərbaycan tərəfinin bu çağırışlarına əməl etməyərək təxribatlarını davam etdirib. Bu da Ordumuzun bütün cəbhəboyu əks-hücumu keçməsi ilə nəticələnib.

Polkovnik bildirib ki, Ordumuzun ortaya qoyduğu əzm və iradə bir daha Azərbaycanın işğal faktı ilə barışmayacağını və düşməni silah gücünə də olsa, bu torpaqlardan çıxaracağını, dövlətimizin ərazi bütövlüyünü təmin edəcəyini göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müraciəti, habelə Təhlükəsizlik Şurasının iclasındakı çıxışı da göstərdi ki, dövlətimiz təxribatların qarşısını almaq üçün lazımi güc və qətiyyətə sahibdir və bu istiqamətdə bundan sonra da zəruri addımları atacaq.

"Baş verənlərə görə bütün məsuliyyət işğalçı, təxribatçı Ermənistanın üzərinə düşür və beynəlxalq təşkilatlar, dünya birliyi buna görə işğalçı dövlətə layiq olduğu münasibəti sərgiləməli, müxtəlif sanksiyalar, cəza mexanizmləri vasitəsilə beynəlxalq hüquqa meydan oxuyan İrəvana yerini göstərməlidir. Hər kəs bilsin ki, Azərbaycan xalqı Ali Baş Komandanının yanındadır və onun hər bir əmrini şərəf və qətiyyətlə həyata keçirməyə hazırdır. İnanıram ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları işğal altındakı bütün torpaqlarımızın azadlığı ilə nəticələnəcək, Azərbaycan xalqının haqq işi qələbə çalacaq”, - deyə polkovnik C.Xəlilov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video