28 Sentyabr 2020 15:02
429
SİYASƏT
A- A+

Ziyafət Əsgərov: Azərbaycan Ordusu düşməni yerində oturdur, ona həddini bildirir


Azərbaycan tərəfindən Ermənistana dələlərlə xəbərdarlıq edilmişdi ki, öz işğalçılıq siyasətindən əl çəksin. Amma düşmən bu xəbərdarlıqları qulaqardına vururdu. Odur ki, indi də cavabını alır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Prezidenti BMT-nin bu günlərdə keçirilən sessiyasında çıxışı zamanı bütün dünyaya ölkəmizin haqq səsini bir daha çatdırdı və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoymalarını tələb etdi. Ermənilər ərazilərimizi işğal etməklə kifayətlənmir, dini və tarixi abidələrimizi məhv edir, məscidlərimizdə donuz saxlayırlar. Bunun bir sonu olmalıdır. Hazırda gedən döyüşlərdə Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alır, zərər verirlər. Lakin Azərbaycan Ordusu beynəlxalq humanizm prinsiplərinə sadiq qalaraq mülki əhaliyə silah açmır. Bizim müharibəmiz ancaq işğalçılarla, Ermənistan ordusu ilədir.

Komitə sədri diqqətə çatdırıb ki, 30 ildən artıqdır biz BMT başda olmaqla bütün beynəlxalq təşkilatlara erməni vəhşiliyi ilə bağlı müraciət etsək də, bir nəticəsi olmadı. BMT-nin 4 qətnaməsi hələ də kağız üzərindədir. ATƏT-in Minsk qrupu boş-boş bəyanatlar verməklə məşğuldur. Bəs onda Azərbaycan nə etməlidir? Əlbəttə, Azərbaycan Ordusu düşmənə layiqli cavab verməyə qadirdir və verir də. Düşmən yerində oturdulur, ona həddi bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video