28 Sentyabr 2020 13:15
546
İQTİSADİYYAT
A- A+

“Azəriqaz” təmas xəttinin ayrı-ayrı yerlərində təbii qaz təchizatını dayandırıb


"Azəriqaz” İstehsalat Birliyi təhlükəsizlik tədbirləri olaraq təmas xəttinin ayrı-ayrı yerlərində təbii qaz təchizatını dayandırıb.

Birlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumatlarda da qeyd edildiyi kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhərinin intensiv atəşə tutulması nəticəsində düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır. Bu baxımdan "Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin tapşırığı ilə yaradılan xüsusi qərargah baş verənləri diqqətdə saxlayır və cəbhə xətti boyunca təbii qaz təsərrüfatında hər hansı qəza halları baş verərsə, dərhal aradan qaldırılması üçün texniki vasitələr və işçi qüvvəsi tam hazır vəziyyətə gətirilib.

Son sutka ərzində "Azəriqaz”ın Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsi Tərtər Regional Qaz İstismarı İdarəsindən operativ olaraq məlumatları əldə edir və bu barədə xüsusi qərargah lazımi tədbirlərin görülməsinə dair tapşırıqlar verir. Düşmən tərəfinin açdığı atəş nəticəsində Tərtər rayonunun Borsunlu kəndində 57 millimetrlik, Hüləbəndi kəndində ŞQTM tipli qaz tənzimləyicisi, Tərtər şəhərinin Sahil küçəsində 30, 40 və 159 millimetrlik, Babək küçəsində 57 və 76 millimetrlik, H.Əliyev prospektində 108 və 159 millimetr diametrində olan qaz xətləri və avadanlıq zədələnib.

Bundan başqa, döyüşlərin getdiyi vaxtlarda dünən və bu gün təhlükəsizlik tədbirləri olaraq təmas xəttinin ayrı-ayrı yerlərində qaz təchizatı dayandırılıb:

- sentyabrın 27-si saat 07:45-dən cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar Füzuli və Tərtər rayonlarının qaz təchizatı dayandırılıb;

- Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı sentyabrın 27-də saat 08:00-dən etibarən dayandırılıb;

- sentyabrın 27-də saat 07:50-dən Beyləqan rayonunun 9 kəndi və 10 qəsəbəsinin qaz təchizatı dayandırılıb;

- sentyabrın 27-də saat 07:42-dən Ağcabədi rayonunun bir hissəsinin qaz təchizatı dayandırılıb.

Qeyd edək ki, Beyləqan rayonunun mərkəzinə və Ağcabədi şəhərinə qazın verilməsi təmin edilib. Bundan başqa, sentyabrın 27-də "Ağdam 4 yol ölçü qovşağı”ndan qidalanan qaz təchizatı şəbəkəsinin üzərinə mərmi düşdüyündən saat 19:00-dan həmin qovşaqdan qaz təchizatı dayandırılıb, lakin saat 19:20-də "Quzanlı ölçü qovşağı”ndan Ağdam rayonunun qaz təchizatı bərpa olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video