28 Sentyabr 2020 12:26
550
CƏMİYYƏT
A- A+

Ağdam sakini: Azərbaycan əsgərinin uğurları hər birimizdə böyük ruh yüksəkliyi yaradıb


Azərbaycan Ordusu cəbhədə Ermənistanın növbəti təxribatlarının qarşısını qətiyyətlə alır və düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir. Ordumuz, eyni zamanda, əks-həmlə əməliyyatı ilə işğal altında olan bir sıra kəndlərimizi, yüksəklikləri azad edib. Azərbaycan əsgərinin bu uğuru bütün xalqımız kimi, cəbhə zonasında yaşayan sakinlərdə də böyük ruh yüksəkliyi yaradıb.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam rayonunun Xındırıstan kənd sakini Namiq Mahmudov deyib.

Namiq Mahmudov bildirib ki, düşmənin cəbhəyanı kəndləri atəşə tutmasına baxmayaraq, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Çünki Azərbaycanın güclü ordusu, qətiyyətli Ali Baş Komandanı var.

"Gördüyünüz kimi, düşmən yaşayış məntəqələrini atəşə tutur. Lakin bu bizi qorxutmur. Biz kəndimizdəyik. Çünki öz torpağımızdayıq və ordumuza güvənirik. Biz cəbhə bölgəsinin sakinləri Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin qələbəsinə inanırıq, işal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazırıq. Əminik ki, qələbəmiz yaxındadır”, - deyə Ağdam rayon sakini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video