28 Sentyabr 2020 11:53
302
SİYASƏT
A- A+

Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın təxribatları ilə bağlı “Al Jazeera” telekanalına müsahibə verib


Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı "Al Jazeera” telekanalına müsahibə verib.

Müsahibədə qeyd olunur ki, 30 ilə yaxındır Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Azərbaycan torpaqlarının işğalı nəticəsində dinc sakinlərimiz Ermənistan silahlı qüvvələrinin hədəfinə çevrilib. İşğal olunmuş ərazilərdə bir milyon azərbaycanlı etnik təmizlənməyə məruz qalıb. Buna görə də Azərbaycan silahlı qüvvələri əks-hücum əməliyyatlarını həyata keçirməklə ilk növbədə, Ermənistanın Azərbaycana qarşı təxribatlarını dəf etmək, gözlənilən təcavüzkarlıq hərəkətlərinin qarşısını almaq, eləcə də Ermənistanı sülh danışıqlarına məcbur etmək məqsədini güdür.

"Çünki sülh danışıqları da Ermənistanın məqsədyönlü və destruktiv mövqeyi ucbatından iflasa uğrayır. Hazırda ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən hər hansı real danışıqlar mövcud deyil. Buna görə də məqsədimiz ilk növbədə təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və Azərbaycanın 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarını erməni işğalından azad etməkdir”, – deyə Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan tərəfi mülki vətəndaşlarımıza qarşı hücumları davam etdirir. Öz suveren torpaqlarına qayıtmaq hüququna malik olan azərbaycanlı qaçqın və məcburi köçkünlər Ermənistanın həmin əraziləri işğal altında saxlaması səbəbindən öz torpaqlarına geri qayıda bilmirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video