28 Sentyabr 2020 11:51
279
SİYASƏT
A- A+

Prezidentin köməkçisi: Ermənistan çətin vəziyyətə düşdükdə mülki əhalini hədəfə alır


Dünən səhər saat 06:00 radələrində Ermənistan silahlı bölmələri kəndlərimizə hücum edib. Ermənistanın təxribatından sonra əks-hücum əməliyyatı həyata keçirilib. Hazırda qoşunların təmas xətti boyu əməliyyatlar davam edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 28-də ölkəmizdəki diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Ermənistan çətin vəziyyətə düşdükdə mülki əhalini hədəfə aldığını, Ermənistanın hərbi doktrinasında mülki əhalinin hədəf kimi göstərildiyini bildirən Prezidentinin köməkçisi deyib: "Biz 1990-cı illərdə də, 2016-cı ilin aprel döyüşlərində də bunu görmüşük. Dünən cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun bir kəndində bir ailə və onun azyaşlı üzvləri həlak olub. Bu gün səhər də Tərtər rayonu istiqamətində ağır artilleriya atəşi açılıb, Tərtərdə xalçaçılıq fabriki dağıdılıb. Tərtər rayonunda polis şöbəsinə zərbə endirilmək istənilib. On dörd mülki Azərbaycan vətəndaşı yaralanıb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video