28 Sentyabr 2020 08:05
479
SİYASƏT
A- A+

Türkiyə haqlı mübarizəsində daim Azərbaycanın yanındadır


Türkiyədə fəaliyyət göstərən Azərbaycan mədəniyyət və həmrəylik cəmiyyətləri Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları ilə bağlı bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, bir çox dərnəklərin və qeyri-hökumət təşkilatlarının sədrlərinin imzası ilə yayımlanan bəyanatda Türkiyənin haqlı mübarizəsində daim Azərbaycanın yanında olduğu ifadə edilib. Bildirilib ki, cəbhə xətti boyunca Ermənistan ordusu tərəfindən genişmiqyaslı təxribatların törədildiyi və Azərbaycan Ordusunun mövqelərinə, mülki yaşayış məntəqələrinə iriçaplı silahlardan, toplardan və minaatanlardan atəş açılması barədə xəbərlər qardaş ölkədə hiddətlə qarşılanıb. Ermənistan ordusu tərəfindən Azərbaycan kəndlərinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində dinc əhali arasında ölən və xəsarət alanların olduğu, yaşayış məntəqələrinə ciddi ziyan dəyməsinə dair rəsmi açıqlamalar Türkiyədə böyük qəzəb doğurub. Azərbaycan dövlətinin özünümüdafiə hüququndan istifadə edərək qətiyyətli cavab verilməsi ilə bağlı qərarı qardaş ölkədə hamını həyəcanlandırdı. Azərbaycanın qətiyyətli cavab zərbələri nəticəsində Ermənistana məxsus 12 zenit-raket kompleksinin və bir çox hərbi texnikanın məhv edildiyini öyrəndik.

"Biz, Türkiyədə fəaliyyət göstərən QHT-lər olaraq bütün türk milləti ilə birlikdə haqlı davasında Azərbaycanın yanındayıq. İyirmi səkkiz ildir Azərbaycan torpaqlarını işğal edərək bölgədə gərginlik yaradan, beynəlxalq hüquq normalarına məhəl qoymayan, dəstəkçiləri ilə birlikdə Cənubi Qafqazı müharibə meydanına çevirməyə çalışan, minlərlə günahsız insanın ölümünə, eləcə də Xocalı soyqırımına səbəb olan Ermənistanı qətiyyətlə qınayırıq. Bu gün Türkiyə dövlətinin rəsmi şəxsləri tərəfindən Türkiyənin haqlı davasında daim Azərbaycanın yanında olduğuna dair bəyanatlar rəğbətlə qarşılandı. Hamımız Can Azərbaycanın yanındayıq və Vətən torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistanın təxribatlarına qarşı özünümüdafiə hüququndan istifadə edən Azərbaycan Ordusunun əsgərləri ilə çiyin-çiyinə döyüşməyə hazırıq”, - deyə bəyanat xüsusi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video