Alternative content

09:40 24 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:30 24.10.2020 Müslüm ucalığı
00:27 24.10.2020 Ömrü örnək olan alim
00:24 24.10.2020 BİLDİRİŞ
00:24 24.10.2020 BİLDİRİŞ
00:23 24.10.2020 BİLDİRİŞ
00:21 24.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aİ-nin ali nümayəndəsi Ermənistanın hərbi təxribatları barədə məlumatlandırılıb
Aİ-nin ali nümayəndəsi Ermənistanın hərbi təxribatları barədə məlumatlandırılıb
ANA SƏHİFƏ / SİYASƏT
21:28 27.09.2020

Sentyabrın 27-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının xarici və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borelin telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı qarşı tərəfin təşəbbüsü əsasında baş tutub.

Telefon danışığı zamanı Aİ rəsmisi Cozef Borel bölgədəki vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistanın bu ilin 27 sentyabr tarixində növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirdiyini qarşı tərəfin diqqətinə çatdırıb. Nazir Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzə əl atdığını və bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirib. Yaranmış vəziyyətə görə məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Aİ rəsmisi Cozef Borel gərginliyin azaldılmasının, həmçinin atəşkəsə nail olunması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM