27 Sentyabr 2020 18:14
415
SİYASƏT
A- A+

Azərbaycanda 500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

 
Azərbaycanın qeyri-hökumət təşkilatları Birləşmiş Millətlər Təşkilatı, ATƏT, ATƏT PA, Avropa Şurası, AŞPA, NATO, NATO PA Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKPA, eləcə də bütün digər beynəlxalq təşkilatlara Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi hərbi təcavüz və silahlı hücum haqqında müraciət ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, 502 QHT-nin imzası ilə təsdiq olunmuş müraciətdə deyilir: "Bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Ermənistanın bütün cəbhə boyu təşkil etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ordusunun əsgərləri və cəbhəyanı ərazilərdə yaşayış məntəqələri və mülki əhalisi bombardman edilmiş və nəticədə mülki əhali və hərbi qulluqçulardan bir həlak olub və yaralanıb. Mülki vətəndaşların əmlaklarına və mülklərinə ciddi ziyan dəyib.

Ermənistan hərbi-siyasi rəhbərliyinin heç kimdən gizlətmədən uzun müddət hazırlaşdığı və Azərbaycana qarşı bu gün başlatdığı hücum hazırda bütün cəbhə boyu davam edir. Azərbaycanın Ermənistan tərəfini insanlığa sığmayan əməllərinə son qoyması ilə bağlı təkidli çağırışlarına baxmayaraq işğalçı ölkə öz çirkin əməllərindən əl çəkmir və beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmaqda davam edir.

Sentyabrın 27-də isə Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünü həyata keçirməklə bir daha dünyaya meydana oxumağa başladı. Ermənistan beynəlxalq humanitar hüququn, həmçinin insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı qəbul edən və qoşulan ölkələrdən biri olmasına baxmayaraq, dinc əhalinin bu kimi alçaq hücumlarla bilərəkdən qətlə yetirir və terrorçu mahiyyətini bir daha dünyaya nümayiş elətdirir.

Azərbaycan hər zaman mənfur işğalçıların təxribatları ilə üz-üzə qalıb. Bütün dünya ictimaiyyəti və bütün təşkilatlar bizim ərazi bütövlüyümüzü tanıyır. 30 ilə yaxındır ki, beynəlxalq danışıqlar aparılır lakin bütün danışıqların sonunda Ermənistan yeni təxribatlara əl ataraq bütün prosesi iflic vəziyyətə salır. Biz öz torpağımızda vuruşuruq, bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur.

Buna görə də, biz, bu bəyanata imza atan Azərbaycanın bütün qeyri-hökumət təşkilataları sizlərə müraciət edir və Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq.

Ermənistanın bu gün törətdiyi növbəti hərbi təcavüz, işğalçı ölkənin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq ictimaiyyət və sizlər də məsuliyyət daşıyırsınız.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video