27 Sentyabr 2020 15:34
328
SİYASƏT
A- A+

Fransanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat yayıb


Fransa Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda vəziyyətin yenidən kəskinləşməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Fransa vəziyyətin kəskinləşməsindən narahat olduğunu bildirərək, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. Mülki əhali arasında itkilərdən narahatlığını bildirib.

"Fransa Dağlıq Qarabağda hazırda gedən genişmiqyaslı toqquşma və mülki əhali arasında itkilərin olması ilə bağlı məlumatlardan çox narahatdır. Hərbi əməliyyatların dərhal dayandırılmasına və dialoqun bərpasına çağırır.

Minsk qrupunun həmsədri qismində Fransa rus və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə davamlı həllinə nail olmaq öhdəliyinə sadiq olduğunu bir daha bildirir”,-deyə bəyanatda qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video