Alternative content

07:44 27 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:01 27.10.2020 BİLDİRİŞ
01:01 27.10.2020 BİLDİRİŞ
01:00 27.10.2020 BİLDİRİŞ
01:00 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:58 27.10.2020 BİLDİRİŞ
00:58 27.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əli Hüseynli: Xalq–dövlət birliyi, xalqımızın ordumuza dəstəyi sarsılmazdır
Əli Hüseynli: Xalq–dövlət birliyi, xalqımızın ordumuza dəstəyi sarsılmazdır
ANA SƏHİFƏ / SİYASƏT
15:19 27.09.2020



"Bildiyimiz kimi, bu gün səhər saatlarından işğalçı Ermənistan ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı təxribatlar törədib. Ermənistan tərəfi məhz mülki əhalini hədəf alan, onların həlak olması və yaralanması ilə nəticələnən hücumlara başladı. Silahlar Qüvvələrin komandanlığının göstərişi ilə Azərbaycan Ordusu bütün cəbhəboyu əks hücum əməliyyatlarına başlayıb və düşmənə sarsıdıcı zərbələr endirilir".

AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli söyləyib.

Əli Hüseynli deyib ki, son dövrlər Ermənistan tərəfi sistemli şəkildə təxribatları davam etdirirdi. Bu təxribatları iki hissəyə bölmək olar: hərbi və siyasi təxribatlar: "Hərbi təxribatların son mərhələsi iyul ayında Tovuzda başlandı. Daha sonra avqustda erməni diversiya qrupunun hazırladığı təxribat planlarının qarşısı alındı. Son günlərdə isə könüllülərin hərbi təlimə cəlb olunması Ermənistanın növbəti təxribatı idi. Buna paralel olaraq, Ermənistan tərəfindən siyasi təxribatlar da həyata keçirilirdi. Belə ki, qədim Azərbaycan şəhəri – Şuşada qondarma separatçı rejimin başçısının andiçmə mərasiminin keçirilməsi və qondarma rejimin "parlamentinin" Şuşaya köçürülməsi, bu dövrdə, həmçinin Livandan erməni əsilli ailələrin Azərbaycanın işğal altında olan ərazilərinə köçürülməsi kimi məsələlər Ermənistanın təxribatçı hərəkətlərinin və işğalçı siyasətinin növbəti təzahürü oldu. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev bir neçə gün əvvəl keçirilən BMT-nin sessiyasında Ermənistanın bu təxribatlarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda, cənab Prezident Ermənistanın məqsədinin yeni təxribatlar törətmək və işğal siyasətini genişləndirmək olması ilə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar etdi".

Əli Hüseynli bildirib ki, bu gün səhər isə biz bütün bu analizlərin və proqnozların doğru olduğunun bir daha şahidi olduq. Belə şəraitdə cəmiyyətimizin və xalqımızın qarşısında duran əsas vəzifə cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşməkdir: "Xalq–dövlət birliyi, xalqımızın ordumuza dəstəyi sarsılmazdır. İndiki yaranmış şəraitdə cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər kəs bu müharibəyə, bu mübarizəyə hazır olmalıdır. Hamı əmin olmalıdır ki, bu, Azərbaycanın haqq işidir, beynəlxalq hüquq bizim tərəfimizdədir və döyüşdə də zəfər bizimdir!".





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM