27 Sentyabr 2020 00:44
1429
İQTİSADİYYAT
A- A+

Gübrənin satış qiyməti ucuzlaşıb


"Aqroservis” Açıq Səhmdar Cəmiyyəti fermerlərin gübrəyə olan tələbatını və əlçatanlığını təmin etmək məqsədilə ammofos gübrəsinin qiymətində endirim edib.

ASC tərəfindən satılan bu gübrənin 1 tonunun qiyməti 1000 manatdan 933,33, "Fermer kartı”ndan çıxarılan məbləğ (70 faiz) 1 kisənin qiymətinə görə 35 manatdan 32,67, fermerin öz vəsaiti hesabına ödədiyi 30 faiz məbləğ isə 15 manatdan 14 manata endirilib.

Yeni subsidiya qaydalarına əsasən, gübrə alışında 70 faiz güzəşt fermerin "Fermer kartı”nda olan subsidiya məbləğindən, 30 faiz dəyər fermerin şəxsi vəsaiti hesabına, pestisidlər üçün tam dəyər "Fermer kartı”nda olan subsidiya məbləğindən ödənilir.

Hazırda ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin (ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoska) güzəştli şərtlərlə səyyar satışı həyata keçirilir. Səyyar satışın təşkilində məqsəd fermer və sahibkarların məsafə və əlavə məsrəf itkisinə yol verməməsidir. "Aqroservis” ASC-nin əməkdaşları bir çox hallarda satılan gübrələrin evlərə pulsuz çatdırılmasını təmin edirlər.

Səyyar satış zamanı vətəndaşlar yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız "Fermer kartı” və şəxsiyyət vəsiqəsi təqdim etməklə mineral gübrə əldə edə bilirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video