27 Sentyabr 2020 00:37
1678
Təhsil
A- A+

Məqsədə doğru


İnsanın arzuları çoxdur. Ağlım kəsəndən məni düşündürən və evdə də böyüklərin ən çox söylədikləri təhsillə bağlı nəsihətləridir. Çünki bilik, savad, bacarıq səni həmişə qoruyan, çətinliklərdən qurtaran əsas vasitədir. Son illər ölkə rəhbərliyi tərəfindən gənclərin təhsilinə, vətənpərvərlik tərbiyəsinə, yüksək səviyyəli mütəxəssis kadrlar kimi yetişdirilməsinə xüsusi diqqət göstərilir.

Aparılan islahatlar nəticəsində Azərbaycanın müasir təhsil modeli yaranıb. Minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində ölkəmizin inkişafına töhfə vermək üçün peşəkar mütəxəssis kimi yetişir. Bu gün yaşadığımız modern cəmiyyətin əsas güc mənbəyi zamanı qabaqlayan elm, təhsildir. "Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər”, - deyən ölkə rəhbəri bizlərə vətəndaş olmağın meyarlarını anladır, cəmiyyət üçün faydalı işlərin yollarını göstərir.

Sumqayıtda doğulub-böyüsəm də, əslən Qubadlıdanam. Qubadlı barədə böyüklərimdən eşitmişəm. Yaşadığım və böyüdüyüm mühit həmişə vətən sevgisini, dövlətə inamı, keçmişdən gələn kökümüzün qorunmasını bizə miras kimi aşılayıb. Ailəmizdə işğal altında olan yurd yerlərimizdən danışanda həmişə göz yaşlarını saxlaya bilməyən valideynlərimi görmüşəm.

Qaçqın ömrü yaşamaq o qədər də asan deyil. Elindən, obasından ayrı düşmək o deməkdir ki, insanın bir üzü gülsə də, o biri üzü həmişə ağlayır.

Təhsil aldığım (Sumqayıtda yerləşən) Qubadlı rayonunun şəhər 3 saylı tam orta məktəbində çalışan müəllimlər ilk günlərdən bizlərə öyrədirlər ki, bilik, elm və savad hər bir insanın ömrünün sonuna qədər daşıdığı var- dövlətdir. Onu səndən heç kim ala bilməz. Qeyd edim ki, Qubadlı rayonunun şəhər 3 saylı tam orta məktəbində müasir dövrün tələblərinə cavab verən dərs otaqları, kitabxana, laboratoriyalar var, tədris korpusu kompüter ləvazimatları ilə tam təchiz edilib.

Hələ aşağı siniflərdə oxuyanda hərə öz gələcək arzusundan söhbət açardı. Məktəbli həmyaşıdlarımızla daha çox texniki fənlərə üstünlük verər, müəllimlərimizlə diskussiyalar keçirərdik. Məktəbimizin direktoru Gözəl Abdullayeva, müəllimlərim Elvira Süleymanova, Gülnarə Quliyeva, Afət Məmmədova bizdə dərslərə olan marağımızı bir qədər də artırdı.

Son siniflərdə hansı ixtisasa yiyələnəcəyimi dəqiqləşdirdim və Bakı Ali Neft Məktəbinə daxil olmağı qərara aldım. Keçirilən qəbul imtahanlarında 671,3 bal toplamışam. İnanın ki, əgər zəif nəticə göstərsəydim, gələn ilin qəbuluna hazırlaşacaqdım. Yaxşı ki, zəhmətim hədər getmədi.

İnformasiya təhlükəsizliyi ixtisasını seçmişəm. Bilikli mütəxəsis kimi ölkəmizin İKT sahəsində olan inkişafında əhəmiyyətli yer tutmaq əsas istəyimdir. Bu gün biz gənclərin ən böyük vəzifələrindən biri oxumaq, öyrənmək, müasir dövrün bilik və bacarıqlarına yiyələnməkdir. Cəmiyyətimizin gələcəyi bu dəyərlər ruhunda formalaşır.

Aytac KAZIMLI,

Bakı Ali Neft Məktəbinin tələbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video