26 Sentyabr 2020 15:30
466
CƏMİYYƏT
A- A+

Qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısı alınıb


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə keçirilən tədbir zamanı Binəqədi rayonunda yerləşən bir Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qanunsuz özəl mühafizə fəaliyyəti ilə məşğul olması faktı aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddəsinin tələblərini pozduqlarına görə MMC-nin təsisçisi, Bakı şəhər sakini E.Abıyev və üç işçisi barəsində inzibati protokollar tərtib olunub.

Qeyd edək ki, həmin MMC-nin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı üzrə də Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsində araşdırma aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video