26 Sentyabr 2020 14:19
528
CƏMİYYƏT
A- A+

ÜST: Koronavirus ilə əlaqədar ölüm hallarının sayı iki milyonu ötə bilər


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar ölüm hallarının artacağına dair xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq qurum gələn həftə COVID-19 xəstəliyi ilə əlaqədar ölənlərin sayı dünya üzrə bir milyon nəfərə çata bilər. ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bildirib ki, pandemiya qurbanlarının sayının iki milyon olacağını təsəvvürə gətirmək olmur, lakin bu, qeyri-mümkün də deyil. O, hazırkı yoluxma və ölüm hallarındakı artımın qarşısının alınması və epidemiyanın yayılmasında dönüşə nail olunmasını mümkün hesab edib. Bunun üçün gigiyena, maskadan istifadə, sosial məsafə, testlər, karantin və s. kimi qaydalara bütün dünya üzrə və ciddi şəkildə riayət olunmalıdır: "Əsas sual bundan ibarətdir ki, biz multilateral və qlobal şəkildə elə bir əməkdaşlığın qurulmasına hazırlaşmalıyıq ki, virus bizim taleyimiz üzərində deyil, biz virus üzərində nəzarəti ələ keçirək? Əgər biz əməkdaşlığın forma, həcm və intensivliyini bundan sonra da dərinləşdirməsək, o zaman qorxuram ki, biz belə rəqəmin və bəlkə də ondan daha yüksək rəqəmin reallaşacağına hazır olmalıyıq”.

Qeyd edilməlidir ki, hazırda koronavirusla əlaqədar ölüm hallarının sayı dünya üzrə 983 min nəfərdən çoxdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video