Alternative content

20:09 19 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp Çini yenidən pandemiyada ittiham edir
Tramp Çini yenidən pandemiyada ittiham edir
ANA SƏHİFƏ / DÜNYA
00:21 26.09.2020


ABŞ lideri BMT-ni Pekini məsuliyyətə cəlb etməyə çağırır


BMT yeni koronavirus pandemiyasının baş verməsinə görə Çini məsuliyyətə cəlb etməlidir. Bu bəyanatla ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 75-ci sessiyasında yüksək səviyyəli ümumi siyasi müzakirələr zamanı çıxış etmişdir.

ABŞ lideri bildirmişdir ki, "Birləşmiş Millətlər Təşkilatı əməllərinə görə Çini məsuliyyətə cəlb etməlidir”. Onun fikrincə, Çin "indiki taunu dünyaya yayan” ölkədir.

ABŞ rəhbəri hesab edir ki, yeni koronavirusun yayılmasının ilk mərhələlərində Çin öz ərazisindən beynəlxalq uçuşlara qadağa qoymadı və bununla da dünyanın yoluxmasına imkan verdi. O, nitqində dəfələrlə koronavirusu "Çin virusu” adlandırmışdır.

Trampın dediyinə görə, "Çin hökuməti və Pekinin faktiki olaraq nəzarət etdiyi Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər yalandan elan edirdi ki, yeni koronavirusun insandan-insana keçməsini təsdiqləyən sübut yoxdur. Daha sonra onlar yalandan bəyan edirdilər ki, yeni koronavirusun doğurduğu COVID-19 xəstəliyinin əlamətlərini nümayiş etdirməyən şəxslər xəstəliyi yaymayacaqlar”.

ABŞ lideri COVID-19-a qarşı peyvənd hazırlanması məsələsinə də toxunmuşdur. O, söz vermişdir ki, "yeni tip koronavirusa qarşı peyvəndi paylayacağıq, virusu məğlub edəcəyik, pandemiyaya son qoyacağıq və misligörünməmiş çiçəklənmə, əməkdaşlıq və sülh erasına daxil olacağıq”.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM