26 Sentyabr 2020 00:21
830
DÜNYA
A- A+

Koronavirus artıq mutasiya edir


Maska və vaksin kömək etməyə bilər


ABŞ-da yeni tip koronavirus barədə aparılmış ən böyük genetik tədqiqata görə, virus mutasiya edərək maska, sabun, hətta peyvənd kimi qoruyucu tədbirlərin öhdəsindən gələ bilər.

"The Washington Post” portalı yazır ki, Hyuston şəhərinin alimləri tərəfindən hazırlanmış araşdırma göstərir ki, daim inkişaf edən virus sürətlə yayılan və yoluxma baxımından daha təhlükəli olan mutant ştammı əmələ gətirmişdir.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun virusoloqlarından biri hesab edir ki, "ola bilsin, kollektiv immunitetimiz kifayət qədər yüksək olduqda bu koronavirus immunitetimizdən yan keçməyin yolunu tapacaq. Əgər bu baş verərsə, qriplə eyni vəziyyətdə olacağıq. Virusu təqib etməli olacağıq, çünki o mutasiya edir. Həmçinin peyvəndimizlə məşğul olmaq lazım gələcək”.

Başqa bir tədqiqat isə ürəkaçandır. Braun Universitetinin ABŞ məktəblərində apardığı müayinə göstərmişdir ki, dərslər başlayandan bəri tələbə və müəllimlərdə son dərəcə aşağı infeksiya səviyyəsi qeydə alınmışdır. Hazırda semestr təzəcə başlasa və bir çox təhsil müəssisələri bağlı qalsa da, ölkə üzrə rəqəmlər dəyişsə də, nəticələr göstərir ki, alimlərin ehtiyatlanmasına baxmayaraq, auditoriyaların açılması elə də riskli deyil.

Tanınmış korporasiyalardan birinin istehsal etdiyi dördüncü təcrübi vaksin son sınaq mərhələsindədir. Sınaqların nəticələri ilin sonunadək gözlənilmir. Bununla belə, həmin vaksin təsdiqlənərsə, onu saxlayıb tətbiq etmək xeyli asan olacaq, çünki üç digər təcrübi vaksinin son sınaqları cəmi bir neçə həftə əvvəl başlamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video