26 Sentyabr 2020 00:20
834
DÜNYA
A- A+

BMT-nin Baş katibi həyəcan təbili çalır


Quterreş: "Pandemiya nəzarətdən çıxıb”


Bəşəriyyət ölümcül koronavirus pandemiyası sınağından keçə bilməmişdir və indi COVID-19 nəzarətdən çıxmışdır. Bu bəyanatı BMT-nin Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında səsləndirmişdir.

Baş katib COVID-19-dan ölənlərin sayının 1 milyona yaxınlaşdığını xatırlatmışdır: "Pandemiya beynəlxalq əməkdaşlıq üçün açıq-aşkar sınaq idi və biz bu sınaqdan çıxmadıq. Virus dünyada artıq təxminən 1 milyon insanı öldürmüş, 30 milyon nəfərdən çox adamı yoluxdurmuş və nəzarətdən çıxmışdır”. Onun fikrincə, yaranməş vəziyyət dünyada əməkdaşlıq, birlik və həmrəyliyin olmamasının nəticəsidir.

Quterreş qeyd etmişdir ki, koronavirus qara kölgə kimi bütün dünyanın üstünü örtmüşdür: "Eyni zamanda pandemiya bizi hərəkətə keçməyə sövq edən xəbərdarlıq olmuşdur. Seçimimiz yoxdur: ya təyinatlarına uyğun qlobal təsisatlar çərçivəsində birləşəcəyik, ya da ixtilafların və xaosun təsiri ilə əziləcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video