26 Sentyabr 2020 00:19
645
DÜNYA
A- A+

Koronavirus və qrip ikiqat təhlükədir


İnsan eyni vaxtda həm mövsümi qripə, həm də koronavirusa yoluxsa, ölüm riski iki dəfə artar. Bu barədə Böyük Britaniya mətbuatı xəbər verir.

Mütəxəssislər cari ilin yanvar-aprel aylarında xəstəxanada müalicə almış xəstələrin xəstəlik tarixçələrini təhlil etmişlər. Məlum olmuşdur ki, ikili infeksiyanın mövcudluğu 43 faizlik, yalnız koronavirusun mövcudluğu 23 faizlik ölüm səviyyəsi vermişdir.

Bu arada Dyuk Universitetində aparılmış araşdırma göstərmişdir ki, denge qızdırması xəstəliyi tutub sağalmış insanlar koronavirusa qarşı immunitetli ola bilərlər. Alimlər belə bir nəticəyə Braziliyada koronavirus infeksiyası hallarının yayılması coğrafiyasını 2019-2020-ci illərdə eyni ölkədə denge qızdırmasının yayılması coğrafiyası ilə müqayisə edərək gəlmişlər. Məsələn, koronavirus infeksiyasının daha az yayıldığı bölgələrdə bu il və keçən il denge qızdırması tüğyan etmişdir. Alimlərin fikrincə, bu müşahidə göstərir ki, denge ilə yeni tip koronavirus arasında qarşılıqlı immunoloji əlaqə var, hərçənd bunu heç kim ehtimal edə bilməzdi, çünki iki virus tamamilə fərqli ailələrə mənsubdur. Əgər bu həqiqətdirsə, onda denge qızdırmasının özü və ya denge əleyhinə immunizasiya koronavirusa qarşı qoruyucu tədbir olar.

Xatırladaq ki, denge qızdırması mığmığa sancması ilə ötürülən kəskin virus xəstəliyidir. Xəstəliyin müalicəsi adətən 2-7 gün çəkir. Denge daha çox Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Okeaniya və Karib dənizi ölkələrində müşahidə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video