26 Sentyabr 2020 00:05
783
Mədəniyyət
A- A+

“TRT World” kanalında Ermənistan-Azərbaycan münaqişəsinə dair film yayımlanıb


Nüfuzlu "TRT World” telekanalında Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən növbəti sənədli film yayımlanıb.

AZƏRTAC xəbər verir ki, filmdə münaqişənin insanların həyatına vurduğu ağır zərbələrdən bəhs olunub.

Budəfəki ekran əsərində "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədovun keşməkeşli həyatı fonunda azərbaycanlı məcburi köçkünlərin üzləşdikləri məhrumiyyətlərdən, əzablardan danışılır.

Qeyd olunur ki, Gülməmməd Məmmədov Laçın rayonundan məcburi köçkün düşüb. 17 yaşında ilk dəfə parta arxasında əyləşən G.Məmmədov bütün çətinliklərə baxmayaraq, təhsildə böyük uğurlar əldə edib. Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirən Gülməmməd Məmmədov təhsilini İtaliyada, sonra isə ABŞ-ın nüfuzlu Sirakuz Universitetində davam etdirərək elmlər doktoru, professor dərəcələri alıb.

İngilisdilli auditoriya üçün nəzərdə tutulan "Dağlar oğlu” sənədli filmində Gülməmməd Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələr gətirib çıxardığını, insanların taleyində kədərli izlər buraxdığını bildirir.

Qeyd edək ki, filmin çəkilişləri Bakı ilə yanaşı, Ağcabədi və Daşkəsən rayonlarında məcburi köçkünlərin yaşadıqları ərazilərdə aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video