25 Sentyabr 2020 23:33
514
SİYASƏT
A- A+

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışı Türkiyə KİV-lərinin diqqətindədir


Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda və sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır.

AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyinin, A HABER, TGRT telekanallarının, "Sabah”, "Cümhuriyyət”, "Türkiyə”, "Yeni akıt” qəzetlərinin və digər media qurumlarının yaydığı materiallarda dövlətimizin başçısının çıxışlarından bir çox məqamlar Türkiyə ictimaiyyətinə təqdim olunub.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev regionda sülhə və təhlükəsizliyə mane olan amillər barədə fikirlərini bildirib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışan dövlət başçısı konkret faktlarla təcavüzkar dövləti dünya ictimaiyyəti qarşısında rəzil vəziyyətə salıb. Prezident İlham Əliyev BMT-də islahatlara ehtiyac olduğunu diqqətə çatdıraraq mühüm çağırışlar edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video