Alternative content

01:45 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidentinin BMT-nin səmərəliliyinin artırılması üçün konkret təkliflərlə çıxış etməsi olduqca önəmli məsələdir
Azərbaycan Prezidentinin BMT-nin səmərəliliyinin artırılması üçün konkret təkliflərlə çıxış etməsi olduqca önəmli məsələdir
ANA SƏHİFƏ / SİYASƏT
20:33 25.09.2020

Qısa zaman kəsiyində iki mühüm çıxış... Hansı başqa ölkə özünü bu şəkildə dünyanın ən yüksək kürsüsündən təqdim etmək qabiliyyətində olub?

Bu gün bütün beynəlxalq təşkilatlar kimi Birləşmiş Millətlər Təşkilatı da çətin bir dövr yaşayır və məhz bu mürəkkəb dövrdə BMT-nin rəhbərliyinə gəlmiş insanlar bu təşkilatın səmərəliliyini artırmalı, xalqların təhlükəsizliyini və inkişafını təmin etmək üçün konkret addımların atılmasını tələb edən siyasət aparmalıdır. Məhz buna görə Prezident İlham Əliyev həm sentyabrın 21-də, həm də 24-də çıxışında Qoşulmama Hərəkatının sədri kimi, həmçinin Azərbaycan Respublikasının Prezidenti kimi BMT-nin səmərəliliyinin artırılması üçün konkret təkliflərlə çıxış etdi.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov qeyd edib ki, təkliflər içərisində sözdən əmələ keçid fəlsəfəsinin, bəyanatlardan konkret addımlara keçmə vaxtının artıq çoxdan gəldiyinin xüsusi vurğulanması önəmlidir. Məhz buna görə Prezident İlham Əliyevin çıxışı zamanı irəli sürdüyü təkliflər içərisində BMT-nin qlobal səviyyədə nüfuzunun artırılması üçün konkret planın işlənilməsi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunması üçün mexanizmin yaradılması, qaçqın və köçkünlərin, yəni pandemiya dövründə ən həssas qrupa daxil olan insanların problemlərinin ilk öncə həll olunması, pandemiya dövründə ehtiyacı olan və imkanı olmayan təbəqələrə vaksinin ədalətli formada əlçatanlığının təmin olunması və dayanıqlı inkişaf məqsədlərinin bərqərar olunması üçün xüsusi səylər göstərilməsini qeyd etmək vacibdir.

Hər iki çıxışın özünəməxsus məntiqi mövcuddur. Bu məntiq yalnız Azərbaycan torpaqlarının işğalı, qaçqın və köçkünlərin yaranması, ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərlə və s. bu kimi məsələlərlə əhatə olunmur. Bu, sadəcə, faktların sadalanması deyil. Cənab Prezidentin çıxışı Ermənistanın faşizm ideologiyasından irəli gələn mövqeyinin, Azərbaycana qarşı aparılan siyasətin mahiyyətinin açılmasının məntiqi və fəlsəfi üslubda dünyaya təqdim olunmasını özündə ehtiva edirdi. Söhbət təkcə cinayətdən getmir, söhbət Azərbaycanofobiyadan, geniş mənada islamofobiyadan, insanlığa qarşı cinayətlərdən, yəni faşizmdən gedir. Bu ideologiyanın Ermənistanda cücərməsi, Daşnaksütyun və ASALA-nın terrorçu hərəkatları, Varujan Karapetyanın Fransada törətdiyi cinayətlər və həmin cinayətkarların azadlığa buraxılması, Ermənistana qayıtması, Ermənistanda insanlığa qarşı şovinist ideologiyanın formalaşması yolu yalnız faşizmə gətirib çıxarda bilərdi. Njdenin heykəli Ermənistanın bu gün hakimiyyətdə olan qüvvələrinin ideologiyası ilə yanaşı, Ermənistanda terrorçu ideologiyasının formalaşma tarixini göstərən nümunədir.

Bu iki çıxış və xüsusilə sentyabrın 24-də olan çıxış Ermənistanla bağlı dünyaya ciddi mesajların, məlumatların, Ermənistan tərəfdən ciddi təhlükələrin mövcud olduğu çıxışlar kimi qeydə alındı. Bu gün yuxarıda sadalanan və izah olunan terrorçu və faşist ideologiyasını özündə ehtiva edən populist yanaşmalar regionumuzda təhlükə yaradırsa, bu, bütün dünya üçün də böyük bir təhdiddir. Sivil vətəndaş obyektlərini hədəf alan, uşaqları, qocaları öldürən, torpaqları zəbt edən və yeni böyük müharibəyə hazırlaşan Ermənistan özünü də, ətrafını da, dünyanı da böyük bir müharibəyə sürükləyə bilər. Bu isə BMT tərəfindən mütləq nəzərə alınaraq qarşısı alınmalıdır. Məhz bu mesajları cənab Prezident dünyaya çatdıraraq xüsusi qeyd etdi. Azərbaycan inkişaf etdiyi halda, əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində düşündüyü halda və ən əsası, dünyanı bürümüş COVID-19 pandemiyası ilə mübarizə şəraitində sosial proqramları həyata keçirdiyi halda, Ermənistan yenə işğaldan, yenə müharibədən və insanlara, azərbaycanlılara, müsəlmanlara nifrətdən danışır. Əminəm ki, BMT-nin bu sessiyasında tam açıqlığı ilə Ermənistanın siyasətini ifşa edən dövlətimizin başçısının çıxışı hamı üçün vacib bir məsələ kimi qiymətləndiriləcək. Onu da qeyd etmək lazımdır ki, məhz Ermənistan BMT-yə qarşı çıxaraq öz mövqeyini göstərmişdir. Baxın, o, BMT tərəfindən yekdilliklə dəstəklənən, ancaq məhz Türkiyənin nümayəndəsi olduğuna görə Volkan Bozkıra qarşı çıxmışdır. Özü pandemiya ilə mübarizə apara bilmədiyi halda, pandemiya ilə mübarizə üçün konkret təkliflər vermiş Azərbaycan Prezidentinin fikirlərinə qarşı çıxmışdır. Baxın, Ermənistan dünyaya qarşı çıxır, BMT-yə qarşı çıxır. Dünyaya qarşı çıxan dünya tərəfindən təcrid olunmalı və haqq-ədalət yoluna gətirilməlidir. Belə olduğu halda, həm regionda sabitlik, həm dünyada tərəqqi bərqərar olar. Cənab Prezidentin çıxışı məhz bu tərəqqiyə xidmət edir.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM