25 Sentyabr 2020 15:02
863
CƏMİYYƏT
A- A+

Ağdam, Füzuli və İmişli rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlər verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Ağdam, Füzuli və İmişli rayonlarında inşa edilən 19 fərdi yaşayış evi sahiblərinə təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonunun İkinci Mahmudlu kəndində evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Əliyev iştirak edib.

Tədbirlərdə Prezident İlham Əliyevin sosial siyasətinin əsasında vətəndaş amilinin dayandığı, həssas əhali qruplarının rifahına yönələn tədbirlərin geniş vüsət aldığı vurğulanıb. Ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışılıb. Bildirilib ki, ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8205 mənzil və fərdi ev təqdim edilib. Bu istiqamətdə işlər hazırda uğurla davam etdirilir.

Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov jurnalistlərə müsahibəsində bildirib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişləndirilir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda, yəni azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulur. Bu gün Füzuli, Ağdam və İmişli rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, artıq 617 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 63 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək.

Vüqar Behbudov qeyd edib ki, müharibə veteranlarının avtomobillərlə təmin olunması sahəsində də tədbirlər davam etdirilir. Cari ildə 400 nəfər müharibə əlilinə avtomobil verilməsi nəzərdə tutulub. Artıq 150 nəfər avtomobillə təmin olunub. Qalan 250 avtomobil də tezliklə müharibə əlillərinə təqdim ediləcək.

Yeni fərdi yaşayış evi ilə təmin olunan şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların rifahına göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Fərdi evlə təmin olunan müharibə əlili Şahbuz Abbasov deyib: "Ailəmiz 5 nəfərdən ibarətdir. İnanırdım ki, digər müharibə əlilləri kimi bizim ailəmiz də evlə təmin olunacaq. Bu gün bu istəyimiz gerçəkləşdi. Ailəmiz üçün tam təmirli ev verildi. Çox sevinirik. Müharibə əlillərinə, şəhid ailələrinə daim diqqətlə yanaşan Prezidentimizə minnətdaram".

Alxanlı kənd sakini Zakir Şəmiyev də neçə vaxt idi ki, ev növbəsində olduğunu bildirib. "Bu gün mənim ailəmə də ikiotaqlı ev verildi. Çox razıyıq. Prezidentimizə minnətdaram. Ehtiyac olarsa, yenə də Vətənimiz uğrunda döyüşlərə getməyə hazıram", - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video