25 Sentyabr 2020 11:37
536
CƏMİYYƏT
A- A+

Koronavirusla mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə və könüllülərə iyul ayı üzrə 359 min manat müddətli əlavə ödənilib


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarına və 2020-ci il 1 aprel tarixli Sərəncamına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən iyul ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 58 nəfər könüllüyə mükafat ödənilib.

Dövlət agentliyindən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib. Qərara əsasən özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iyul ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 44 242 manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

58 nəfər könüllüyə isə sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, iyul ayı üzrə ümumilikdə 14 500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, agentlik tərəfindən COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə aşağıdakı aylar üzrə də iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilib:

• İyun ayı üzrə 42 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq 89 782 manat;

• May ayı üzrə 43 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq 105 011 manat;

• Aprel ayı üzrə 49 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq 82 216 manat.

4 ay ərzində ümumilikdə 158 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 321 251 manat məbləğində müddətli əlavə ödənilib.

Sözügedən sərəncama uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə aşağıdakı aylar üzrə mükafat ödənilib:

• İyun ayı üzrə 31 nəfər könüllüyə 7750 manat;

• May ayı üzrə 34 nəfər könüllüyə 8500 manat;

• Aprel ayı üzrə 28 nəfər könüllüyə 7000 manat.

4 ay ərzində ümumilikdə 151 nəfər könüllüyə 37 750 manat məbləğində mükafat ödənilib.

Modul tipli xəstəxanaların yaxınlıqdakı şəhər xəstəxanalarına təhkimolunması ilə bağlı hazırda hüquqi prosedurlar həyata keçirilməkdədir. Bu prosedurlar başa çatdıqdan sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən göndərilən siyahılara uyğun olaraq əvvəlki digər aylar üzrə müddətli əlavə və mükafatların ödənilməsi davam edəcək.

Qeyd edək ki, TƏBİB koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçiləri və könüllülər barədə siyahıları agentliyə təqdim etdikdən sonra, agentlik 3 iş günü ərzində müddətli əlavə və mükafatların ödənilməsini təmin edir.

TƏBİB tərəfindən avqust ayı üzrə siyahılar agentliyə təqdim edildikdən sonra müddətli əlavə və mükafatların ödənilməsi həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video