25 Sentyabr 2020 01:20
692
İQTİSADİYYAT
A- A+

Azərbaycan dəniz nəqliyyatı sahəsində öhdəlikləri uğurla icra edən birinci dövlət olub


Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən 174 üzv dövlətdə həyata keçirilən audit yoxlamalarının nəticələri təhlil edilərək Azərbaycan hökumətinə rəsmi məktub ünvanlanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyindən bildirilib ki, Beynəlxalq Dəniz Təşkilatının rəsmi saytında öz əksini tapan təhlilin nəticələrinə görə, Avropanın ən qabaqcıl dəniz dövlətlərini belə geridə qoyan Azərbaycan dəniz nəqliyyatı sahəsində götürülən öhdəliklərin uğurla icrasını təmin edən birinci ölkə olub.

Məktubda göstərilir ki, Beynəlxalq Dəniz Təşkilatına üzv olan 174 dövlətdə beynəlxalq müstəqil ekspert qrupu tərəfindən həyata keçirilən sistemli yoxlamalar Azərbaycanda da reallaşdırılıb. Xüsusi olaraq vurğulanır ki, yoxlama zamanı Avropa dövlətlərini geridə qoyaraq ön sırada yer tutan Azərbaycan dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların icrası istiqamətində diqqətəlayiq uğurlara imza atıb.

Sənəddə vurğulanır ki, Beynəlxalq Dəniz Təşkilatına üzv olan 174 dövlət arasında yalnız Azərbaycan audit ekspert qrupunun tövsiyələrinə hər zaman ciddi yanaşaraq, tədbirlərin səmərəli şəkildə həyata keçirildiyini təsdiqləyən kifayət qədər məlumat və sübutlar təqdim edib.

Azərbaycanın dəniz nəqliyyatı sahəsində əldə etdiyi bu uğur Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının mötəbər tribunasından səslənərək rəsmi hesabatda 174 üzv dövlətin nümayəndələrinə təqdim olunub.

Qeyd olunanlar bir daha sübut edir ki, Prezident İlham Əliyev tərəfindən formalaşdırılmış dövlət siyasətinə uyğun olaraq ölkənin dinamik inkişafı, tranzit potensialının artırılması, regionun ən böyük nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi, qədim dənizçilik tarixinə malik Azərbaycanın dəniz qüdrətinin daha da yüksəldilməsi, eləcə də qabaqcıl dəniz dövlətləri ilə rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması istiqamətində gələcəkdə də uğurların əldə ediləcəyi şübhəsizdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video