24 Sentyabr 2020 19:41
444
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur


Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev son günlər Şərqi Aralıq regionunda mövcud olan vəziyyətlə bağlı Türkiyə və Yunanıstan arasında aparılan danışıqlara dair APA-ya müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

-Son günlərdə Şərqi Aralıq regionunda mövcud olan vəziyyətlə əlaqədar Türkiyə və Yunanıstan arasında aparılan danışıqları necə qiymətləndirirsiniz?

-Azərbaycan Respublikası ölkələr arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə əsaslanan münasibətlərin tərəfdarıdır. Hazırda Şərqi Aralıq regionunda mövcud olan vəziyyət narahatlıq doğurmaya bilməz. Xüsusən koronavirus pandemiyasına qarşı qlobal mübarizənin getdiyi bir dövrdə danışıqlara üstünlük verilməsi vacibdir. Bu baxımdan, biz qardaş Türkiyə ilə Yunanıstan arasında NATO vasitəsilə aparılan danışıqları müsbət qiymətləndiririk. Həmçinin hesab edirik ki, tərəflər arasında heç bir ön şərt olmadan qurulacaq dialoq və aparılacaq birbaşa müzakirələr gərginliyin azaldılmasına və müvafiq həll yollarının tapılmasına imkan verəcək. Azərbaycan zəruri olduğu halda bu məsələdə öz töhfəsini verməyə hazırdır.

Aralıq dənizini tarixi adı Göyçə gölü olan Sevan gölü ilə qarışıq salan Ermənistanın məsələyə katalizator rolunda müdaxilə cəhdləri isə sadəcə gülüş doğurur. Həmişəki adətinə uyğun olaraq Ermənistan ona aid olmayan mövzulara qarsımağa çalışır. Beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüz törətmiş Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur.

"Dənizdən dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan Ermənistanın dənizə çıxışı olmayan ölkə olduğunu nəhayət anlaması yaxşı olardı. Aralıq dənizi fantaziyaları ilə yaşamaqdansa, dənizə çıxışı olmayan ölkə kimi Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyduğu halda regional kommunikasiya və nəqliyyat imkanlarından da faydalana biləcəyini dərk etməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video