24 Sentyabr 2020 17:10
482
SİYASƏT
A- A+

Bolqarıstan portalı Ermənistan-Azərbaycan münaqişəsinə dair məqalə yayıb


Bolqarıstanın nüfuzlu "BlackSea Caspia” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın "Ermənistan-Azərbaycan münaqişəsi kontekstində bərpaedici ədalət” sərlövhəli məqaləsi dillərində dərc olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ingilis və bolqar yayılan məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktına diqqət çəkilir. Eyni zamanda, beynəlxalq münasibətlər sisteminin "bərpaedici ədalət” konsepsiyası Ermənistan-Azərbaycan münaqişəsinə tətbiq edilərək bu kontekstdə münaqişənin həlli yolları nəzərdən keçirilir. Belə ki, "bərpaedici ədalət” konsepsiyasına görə, münaqişənin ədalətli həlli üçün münaqişənin yaranmasında səbəbkar olan dövlət öz hərəkətlərinin nəticələrinin aradan qaldırılması istiqamətində məqsədyönlü addımlar atmalı və yekunda zərərçəkən tərəf qarşısında üzr istəməlidir. "Bu addım isə öz növbətində zərərçəkən tərəfindən sülh və qarşılıqlı əməkdaşlığın təşviqi istiqamətində cavab addımlarının atılması, yekunda münaqişə aparan tərəflər arasına dialoq və sülhün bərpası ilə nəticələnə bilər”, - deyə müəllif qeyd edir.

Bu kontekstdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində "bərpaedici ədalət” konsepsiyasının əhəmiyyətinin vurğulandığı məqalədə qeyd olunur ki, bu konsepsiya problemin həllində Ermənistan siyasətinin əsas elementi olmalıdır. "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə nəticələnən bütün hüquq pozuntularını qəbul etməsi, münaqişənin ədalətli və sülh yolu ilə həll istiqamətində həqiqətən işləmək istəyi "bərpaedici ədalət” üçün əsas rolu oynaya bilər. Ermənistanın "bərpaedici ədalət” kontekstində atacağı ilkin addımlar Azərbaycanın müvafiq qarşılıq verməsi və bu dövlətlə kommunikasiyaların bərpası, eləcə də etimad quruculuğu tədbirlərinin, qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə nəticələnə bilər”, - deyə E.Cəfərova bildirir.

Diqqətə çatdırılır ki, Azərbaycan torpaqlarının işğalının davam etdirilməsi faktı "bərpaedici ədalət” üçün perspektivləri təhlükə altına alır. Müəllif, həmçinin vurğulayır: "Bu baxımdan Ermənistan ədalətli və uzunmüddətli sülhün əldə olunması üçün Azərbaycanla konstruktiv danışıqlara daxil olmalıdır. Bu, həm də regional sabitlik və əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video