24 Sentyabr 2020 16:41
1084
Təhsil
A- A+

“World Skills International” təşkilatına üzvlük çərçivəsində görüş keçirilib


Təhsil naziri Emin Əmrullayev "World Skills International” (WSI) təşkilatının rəhbər heyəti ilə onlayn formatda görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın "World Skills International” təşkilatına üzvlüyünün rəsmiləşdirilməsi çərçivəsində ölkənin qarşısında duran əsas prioritetlər və üzvlüyün ölkə üçün yaradacağı imkanlar müzakirə olunub.

Görüş zamanı təşkilata üzvlüyün "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində görülən tədbirlərin məntiqi davamı olduğu vurğulanıb.

Görüşdə, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Təhsil Nazirliyinin əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, "World Skills International” dünyada peşə bacarıqlarını təbliğ edir və peşələrin olimpiadası kimi tanınır. Azərbaycanın bu təşkilatın oktyabrda keçiriləcək ümumi yığıncağında üzvlüyünün təsdiqlənməsi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video