24 Sentyabr 2020 15:29
594
İQTİSADİYYAT
A- A+

“AzerGold” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı “Açılış zəngi” mərasimi keçirilib


"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) istiqrazlarının mütəşəkkil kapital bazarlarına daxil olması ilə əlaqədar Bakı Fond Birjasında (BFB) "Açılış zəngi” mərasimi keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə BFB-nin idarə heyətinin sədri vəzifəsini icra edən Eldar Abdullayev, "AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf, "AzerGold”un idarə heyəti sədrinin müavini Xəyyam Fərzəliyev, "PAŞA Bank” ASC-nin idarə heyətinin sədri Taleh Kazımov, "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev və Mərkəzi Bankın baş direktoru Əli Əhmədov iştirak ediblər. Tədbirə İqtisadiyyat naziri Mikayıl Cabbarov və emitent "AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov cəmiyyətin Daşkəsən rayonunda yerləşən "Çovdar” mədənindən birbaşa canlı bağlantı vasitəsilə qatılıblar.

"AzerGold”un sədri Z.İbrahimov QSC-nin istiqrazlarla bağlı reallaşan təşəbbüsünün ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədi daşıdığını qeyd edib. O, sözügedən emissiyanın vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olması üçün əlverişli fürsət olduğunu diqqətə çatdırıb.

İqtisadiyyat naziri M.Cabbarov "AzerGold” istiqrazlarının tədavülə buraxılmasını kapital bazarları üzrə 2020-ci ilin ən mühüm hadisələrindən biri hesab edildiyini vurğulayıb. Nazir "AzerGold”un birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə və dağ-mədən sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.

BFB-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən E.Abdullayev yeni istiqrazların korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin şaxələndirilməsinə səbəb olacağını və investorlar üçün daha geniş imkanların yarandığı münbit sərmayə mühitini formalaşdıracağını diqqətə çatdırıb.

Tədbirin sonunda emitent "AzerGold” QSC-nin nümayəndəsi tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların BFB-nin ticarət platformasında ilkin ticarətinə başlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video