24 Sentyabr 2020 15:26
385
SİYASƏT
A- A+

Ceymstaun Fondu: Livan ermənilərinin Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz yerləşdirilməsi sülh prosesinə təhdiddir


ABŞ-ın nüfuzlu Ceymstaun Fondunun "Eurasia Daily Monitor” jurnalında Livan ermənilərinin qanunsuz olaraq Azərbaycan işğal edilmiş torpaqlarında yerləşdirilməsi barədə məqalə dərc edilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun müəllifi olduğu "Livan ermənilərinin işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz yerləşdirilməsi sülh prosesinə təhdiddir” sərlövhəli məqalədə bu prosesin regionda gərginliyi daha da artırdığı vurğulanır.

Bu barədə AZƏRTAC-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

Məqalədə müəllif qeyd edir ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan istifadə edən Ermənistan həmin ölkədə yaşayan ermənilərə kömək adı ilə 100-150 erməni ailəni Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşdirə biləcəyini elan edib və avqustun 25-də artıq iki erməni ailəsinin bölgəyə gətirildiyi barədə məlumat yayılıb. Yerli mətbuatın yaydığı məlumata görə, daha 15 erməni ailənin Dağlıq Qarabağ və ətraf rayonlara gətirilməsi planlaşdırılır.

V.Hüseynov Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyevə istinad edərək, ermənilərin altındakı yerləşdirilməsinin həm beynəlxalq hüquqa, həm də Ermənistanın öz qanunvericiliyinə zidd olduğunu bildirir. O əlavə edir ki, Azərbaycanın Ermənistan tərəfindən belə təxribatla üzləşdiyi ilk dəfə deyil. Belə ki, Suriyada böhran başladıqdan bir müddət sonra da 15 min suriyalı erməni Ermənistanda sığınacaq üçün müraciət edib, onların bir hissəsi Dağlıq Qarabağ və ətraf ərazilərdə yerləşdirilib.

Sonda V.Hüseynov ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların Ermənistanın qanunsuz əməllərinə lazmi reaksiya verməməsinin vəziyyəti daha da ağırlaşdırdığını vurğulayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video