Alternative content

04:17 24 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:30 24.10.2020 Müslüm ucalığı
00:27 24.10.2020 Ömrü örnək olan alim
00:24 24.10.2020 BİLDİRİŞ
00:24 24.10.2020 BİLDİRİŞ
00:23 24.10.2020 BİLDİRİŞ
00:21 24.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Siyasi və hərbi təxribatları Ermənistana baha başa gələcək
Siyasi və hərbi təxribatları Ermənistana baha başa gələcək
ANA SƏHİFƏ / SİYASƏT
00:26 24.09.2020


Gələn ay Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ili tamam olacaq. Bu dövrdə demokratik, hüquqi və dünyəvi dövlətin qurulması və inkişaf etdirilməsi, yüksələrək dünya birliyində özünə layiqli yer tutması xalqımızın tarixi nailiyyətləridir.

Bu yüksəlişin göstəriciləri həm də ölkəmizin kosmik kluba qoşulması, qlobal problemlərdən olan enerji təhlükəsizliyində söz sahibinə çevrilməsidir.


Status-kvonun dəyişməz qalmasının səbəbi Ermənistanın işğalçılıq siyasətidir


Azərbaycan öz yolunu, inkişaf xəttini müəyyən edən bir ölkədir. Lakin onu da qeyd etməliyik ki, ölkəmiz özünün müasir və müstəqil dövlətçilik tarixinə yazılan bu möhtəşəm nailiyyətlərinə müharibə şəraitində - hələ də davam edən Ermənistanın hərbi təcavüzü şəraitində nail olub.

Hazırda Azərbaycanın yeganə problemi ərazilərinin işğal altında olmasıdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli istiqamətində ölkəmizin atdığı siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır.

Lakin təəssüflə qeyd etməliyik ki, Minsk qrupu vasitəsilə aparılan sülh danışıqları 1994-cü ildəki atəşkəs razılaşmasından bəri nəticəsiz qalır. Bu günlərdə BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Prezident İlham Əliyev bu ali təşkilatın tribunasından vaxtilə qəbul etdiyi qətnamələrin yerinə yetirilmədiyini diqqətə çatdıraraq deyib: "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”.

1994-cü ildən bəri problemin həlli ilə bağlı bir neçə variant nəzərdən keçirilib. Amma bütün həll variantları məhz Ermənistanın qeyri-konstruktivliyi ucbatından alınmayıb, işğalçı tərəf həm birbaşa, həm də dolayısı ilə regiondakı status-kvonun dəyişməz qalmasına çalışıb. Ən təəssüflüsü də odur ki, dünyada ədalətdən, ərazi bütövlüyündən, insan hüquqlarının qorunmasından dəm vuran beynəlxalq təşkilatların və dövlətlərin heç biri Ermənistana hansısa formada təsir etmək təşəbbüsü göstərməyib.


Paşinyan sələflərinin yolunu gedir


2018-ci ildə Ermənistanda rəhbərlik dəyişdi. N.Paşinyan məhz S.Sarkisyan hakimiyyətinin səhvləri üzərində hakimiyyətə gəldi. Hansı ki, bu səhvlərdən biri S.Sarkisyanın öz xalqını yoxsulluq və səfalət içində saxlaması idi. Bunun da əsas səbəbi Azərbaycanın Ermənistanı təcavüzkar siyasətinə görə iqtisadi blokada vəziyyətinə salması, bütün regional layihələrdən kənar saxlamasıdır. Ermənistanın yeni baş naziri isə verdiyi vədləri yerinə yetirmək, xalqın rifahını və dövlətin inkişafını təmin etmək üçün, ilk növbədə, sülh danışıqlarında konstruktiv olmalı, təcavüzkar siyasətə son qoymalı idi.

Lakin Paşinyanın geridə qalan iki ildən artıq hakimiyyəti dövrü onun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ziddiyyətli açıqlamalar verməsi və faktiki olaraq siyasi-hərbi təxribatları ilə danışıqlar prosesinə zərbə vurması ilə yadda qalıb. Ermənistanın baş naziri bütün açıqlamalarında, ilk növbədə, ölkəsinin işğalçılıq niyyətini ortaya qoyub. Onun ötən ilin avqustunda Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi isə danışıqlar prosesinin tamamilə pozulmasına hesablanmış siyasi təxribat idi. Bir neçə gün əvvəl jurnalistlərə müsahibəsində Prezident İlham Əliyev bununla bağlı deyib: "Keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. "Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır, - halbuki bütün dünya bu cəfəng fikri rədd edib, - onda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Yəni, bu, siyasi təxribat idi”.

Bu ilin iyul ayında Ermənistanın dövlət sərhədini pozaraq Azərbaycana yeni hücum cəhdi isə Paşinyanın hərbi təxribatı idi. Bu təxribatın qarşısı ordumuzun bölmələri tərəfindən rəşadətlə alındı. Düşmən əks həmlə və qisas əməliyyatı ilə ordumuzun gücünü yenidən hiss etdi, döyüş meydanında çoxsaylı itki verərək geri çəkilməyə məcbur oldu. Bu təxribat Ermənistanın daxilindəki ziddiyyətlərlə bağlı idi. Son aylar Ermənistanda daxili siyasi çəkişmələr pik həddə çatıb, digər tərəfdən hökumət koronavirusun sürətlə yayılmasının qarşısını heç cür ala bilmir. Ona görə Paşinyan hakimiyyəti çıxış yolunu hərbi təxribatlar yaradaraq diqqəti daxili problemlərdən yayındırmaqda görür.

Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində baş verən növbəti hərbi təxribat hadisəsi isə bir daha Ermənistanın işğalçılıq və terror siyasəti yürütməsini təsdiqləyən faktdı. Hərbçilərimizin sayıqlığı, fədakarlığı və peşəkarlığı ilə düşmənin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdinin qarşısı layiqincə alındı. İfşa olunan diversantlar itki verərək geri qaçsalar da, onların komandiri əsir götürüldü.


Nəticələr işğalçı üçün çox ağır olacaq


Ermənistanın son təxribatlarından biri də işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların digər ölkələrdən gətirilən ermənilərlə məskunlaşdırılmasıdır. Atəşkəsin elan olduğu dövrdən indiyədək ermənilər bu istiqamətdə fəal iş aparırlar. İşğal etdikləri Azərbaycan ərazilərində diasporun maliyyəsi hesabına həyata keçirdikləri infrastruktur layihələri də qanunsuz məskunlaşmaya xidmət edir.

Avqustun 4-də Livanın paytaxtında baş vermiş məlum partlayışdan sonra isə İrəvanın əlinə yeni girəvə düşüb. Məlum olduğu kimi, Beyrutda baş vermiş partlayışdan sonra şəhərdə yaşayan ermənilər də zərər görüblər. Ermənistan Livana humanitar yardım göstərdiyini nümayiş etdirməyə çalışsa da, görünən odur ki, Paşinyan hakimiyyəti Beyrutdakı partlayışdan sonra evsiz-eşiksiz qalan ermənilərdən öz çirkin məqsədləri naminə istifadə etməyə çalışır. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının kobud pozulmasıdır.

Bütün bu hərbi, siyasi təxribatlar nəticə etibarilə danışıqlar prosesinin aparılmasını mənasız edib. Lakin istənilən təxribatın və avantüranın nəticəsi Ermənistana baha başa gələcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "...Əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM