Alternative content

14:22 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq hüququ yerə vuran Ermənistana bumeranq zərbəsi
Beynəlxalq hüququ yerə vuran Ermənistana bumeranq zərbəsi
ANA SƏHİFƏ / SİYASƏT
00:25 24.09.2020


Sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdikdən sonra jurnalistlərə müsahibə verən Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlərin mühüm məsələlərinin, xüsusilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin geniş təhlilini verdi. Dövlət başçısı Ermənistanın təxribatlar törətməsinə toxunaraq bildirdi ki, bu hadisələr sərhədyanı ərazidə mülki vətəndaşların ölümü ilə nəticələnib.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya əlavə edilmiş 4 saylı protokolun 2-ci bəndinə əsasən, hər kəsin ölkə ərazisində sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək hüququ var. Bununla da həlak olan mülki Azərbaycan vətəndaşının bu hüququ Ermənistan dövləti tərəfindən pozulub.

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunan əraziləri” Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox istifadə olunan deyimdir. BMT-də də Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı qəbul olunub. Ermənistanın işğal etdiyi əraziləri danışıqsız, şərtsiz boşaltması haqqında 4 qətnamə (822, 853, 874 və 884 saylı) də qəbul edilib. Bəs qərarı kim, hansı təşkilat yerinə yetirməlidir? Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanın beynəlxalq hüququ yerə vurmasının qarşısını ala bilmirlər. Amma sual yaranır: doğrudanmı ala bilmirlər? Hadisələr göstərir ki, istəsələr, ala bilərdilər. Axı, dünyanın müxtəlif yerlərində işğalçılara verilən dərslərdən hamımızın xəbəri var. Lakin dekorativ cəzalandırmalar istisna edilməklə, Ermənistanın qulağını buran, dərsini verən yoxdur.

Azərbaycan beynəlxalq hüquqa riayət edərək bütün zamanlarda məsələnin sülh yolu ilə həllinə tərəfdar olub. Atəşkəs rejimi də Azərbaycanın beynəlxalq hüquqa ehtiramı ilə əlaqədardır. Lakin Ermənistan atəşkəs haqqında müqaviləni də çoxdan yerə vurub. Hər gün atəşkəsin dəfələrlə pozulmasının səbəbkarı məhz Ermənistandır.

Təəssüflər olsun ki, Qərb ölkələrindən və beynəlxalq təşkilatların pəncərələrindən dünyaya baxanlar Ermənistanda olanları və onun qonşularına qarşı işğalçılıq siyasətini görmək istəmirlər. Xristian təəssübkeşliyi ilə Ermənistanın beynəlxalq hüququ tapdalamasından tutmuş işğalçılığına qədər gözlərini yumurlar. Biz doğrudanmı bu qədər sadəlövhük ki, Avropadakı təşkilatları "azadlıq çarçıları” kimi qəbul edirik?! Dünyanın gözü qarşısında onların emissarları Ermənistana gəlir, saxta soyqırımı abidəsinə çiçək qoyur, 100 il bundan əvvələ ünvanlanan "erməni soyqırımı” nağılları ilə geri qayıdırlar.

Hərdən beynəlxalq təşkilatların gündəliyinə nəzər salıram ki, görüm onlar Ermənistanın işğalçılıq fəaliyyətini müzakirə edirlərmi? Təəssüf ki, bunu görmürəm. Amma tanımadığımız ölkələr var ki, onları dəfələrlə müzakirəyə çıxarırlar. Ermənistanın işğalçılıq siyasəti ilə əlaqədar isə beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupu Alyaska sakitliyini poza bilmir. Ona görə tez-tez "Niyə susurlar” deyə soruşuruq. Etiraf etməyin vaxtı çoxdan çatıb ki, beynəlxalq təşkilatlar susmaqla fikirlərini və qərarlarını ifadə edirlər. Onların susqunluğu isə ermənilər üçün sərfəlidir. Beynəlxalq təşkilatlarda ikili standartlar baş alıb gedir. Özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.

Buna görə də Prezident İlham Əliyev çox doğru olaraq deyir: "Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!”

Bəli, Ermənistana gəldikdə beynəlxalq hüquq ölü doğulursa, biz onu nə üçün gözləməliyik?

Azərbaycan ərazilərinin bir hissəsi Ermənistanın işğalı altındadır. Ona görə beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünü bərpa etmək ölkəmizin müstəsna haqqıdır. Azərbaycan bu haqqından istifadə edərək ərazi bütövlüyünü təmin edəcək. Çünki dövlətimizin və xalqımızın səbrinin bir həddi var. Prezidenti İlham Əliyev də Ermənistanın layiq olduğu, haqq etdiyi amansız zərbəyə diplomatik şəkildə işarə edir: "Amma axırı onlar üçün pis olacaq”.

O günü görmək arzusu ilə!

Həsənbala SADIQOV,

professor, Əməkdar müəllim





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM