23 Sentyabr 2020 14:32
331
SİYASƏT
A- A+

“Euractiv” portalında və “Geopolitical Monitor” jurnalında Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı məqalə dərc olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Avropa İttifaqının media qurumu olan "Euractiv” portalında və Kanadadan yayımlanan "Geopolitical Monitor” jurnalında məqalələri dərc olunub.

"Euractiv” portalında "Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı üfüqdə yeni müharibə görünürmü?” adlı yazısında ekspert Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 19-da yerli telekanallara müsahibəsində verdiyi mesajlara diqqət çəkir. Müəllif bildirir ki, dövlət başçısının "Ermənistan müharibəyə hazırlaşır...” xəbərdarlığı regionda baş verən hadisələr fonunda ciddi əhəmiyyət kəsb edir. "Ermənistan işğal altında olan torpaqlarımızda PKK terrorçularını yerləşdirmək, xarici havadarlarından külli miqdarda silah idxal etmək və sərhədyanı bölgələrdə və cəbhə xəttində qoşunların konsentrasiyasını həyata keçirməklə müharibəyə hazırlaşır”, - deyə müəllif yazır. V.Hüseynov dünya ictimaiyyətini Ermənistanı işğalçı siyasətindən çəkindirməyə və onun rəhbərliyini substantiv danışıqlara vadar etməyə çağırır.

BMTM ekspertinin "Geopolitical Monitor” jurnalında çıxan "Regionda son qarşıdurmalar fonunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyi güclənir” adlı məqaləsində isə Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlikdən və iki qardaş ölkə arasında son aylarda dərinləşən əlaqələrdən bəhs olunur. V.Hüseynov bildirir ki, baxmayaraq Azərbaycan və Türkiyə arasındakı əlaqələrin əsasını etnik qohumluq və mədəni yaxınlıq təşkil edir, ancaq tərəfləri strateji müttəfiqliyə aparan əsas faktorlar ortaq maraqlar və təhlükəsizliyə təhdidlərdir. Buna görədir ki, son aylarda iki qardaş dövlət arasında münasibətlərin intensivləşməsinin və bunun bütün sahələrdə, o cümlədən informasiya müharibəsinə qarşı ortaq cəbhənin yaradılması və ticari əlaqələrin dərinləşməsi sahələrində əks olunması üçün səylərin artırılmasının şahidi oluruq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video