Alternative content

09:24 24 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:30 24.10.2020 Müslüm ucalığı
00:27 24.10.2020 Ömrü örnək olan alim
00:24 24.10.2020 BİLDİRİŞ
00:24 24.10.2020 BİLDİRİŞ
00:23 24.10.2020 BİLDİRİŞ
00:21 24.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyev Ermənistan hakimiyyətini növbəti dəfə ifşa etdi
İlham Əliyev Ermənistan hakimiyyətini növbəti dəfə ifşa etdi
ANA SƏHİFƏ / SİYASƏT
01:25 23.09.2020


İşğalçı ölkədə döyüşə indi qocalar və qadınlar göndərilir


Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan üçün bu gün əsas məqamlardan biri Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud status-kvonun qorunub saxlanılmasıdır.

Elə bu da münaqişənin sülh yolu ilə həllini mümkünsüz hala gətirir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, mövcud status-kvo davam edə bilməz, danışıqlar prosesində substantiv nəticələr əldə olunmalıdır. Yəni, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da olsun geri çəkilməyəcək. Elə BMT Baş Assambleyasının sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışı zamanı Prezident İlham Əliyev növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm bəyanatlar verdi.

Azərbaycan Prezidenti bildirdi ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun "Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir.

Əksər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında qərar və qətnamələri var. Amma bunların heç biri icra olunmur. Çünki bu gün Avropa təşkilatları, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanması cəhdlərinə, danışıqların pozulmasına yönəlik addımlarına kəskin irad bildirmir. Halbuki Ermənistan, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, digər beynəlxalq qurumların qərar və qətnamələrini də icra etməyərək onlardan boyun qaçırır. Eyni zamanda Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də nəzərə almır.

Onu da qeyd edək ki, bu gün ordusunun şəxsi heyətlə komplektləşdirilməsində ciddi problem yaşayan Ermənistan vəziyyətdən çıxış yolunu xaricdə yaşayan erməniləri hərbi qulluğa cəlb etməkdə, könüllü dəstələr yaratmaqda görür. Buna görə də işğalçı ölkədə "xalq ordusu”nun formalaşdırılmasına cəhd edilir. Ölkədə bunun qanunvericilik əsaslarının yaradılmasına da başlanılıb. Ermənistanın cəbhədə törətdiyi sonuncu təxribatlar zamanı bir daha aydın oldu ki, bu ölkənin ordusunun döyüş qabiliyyəti lazımi səviyyədə deyil. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünülür ki, bu şəkildə ordunu gücləndirmək olar.

Paşinyan vətəndaşları könüllülər dəstəsinə yığmaq kampaniyasına güclü start vermək və Azərbaycan torpaqlarını işğal etmək naminə heç nəyi əsirgəmədiyini əhaliyə göstərmək üçün həyat yoldaşı A.Akopyanı rəmzi olaraq qoşunların təmas xəttinə göndərib. A.Akopyan könüllülər dəstəsinə birinci olaraq yazılmaqla Azərbaycanın döyüş mövqelərinə və dinc sakinlərinin yaşadığı kəndlərinə birinci olaraq atəş açmaqla könüllülər dəstəsinə başçılıq edir. Bu həm də o deməkdir ki, əgər baş nazir qadınları müharibəyə göndərməyə məcbur olubsa, deməli, kişilərə çox da ümid etmir. Bir sözlə, təlim yerlərindən çəkilmiş şəkillər həm Paşinyanın inqilabi diktaturasının, həm də Ermənistanın hərbi təcavüzünün mahiyyətini sübut edir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?

Beləliklə, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan mövcud davranışı ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanların üzərindən xətt çəkir. Bu isə münaqişənin hərbi həllini qaçılmaz edir. Məhz bu reallıq Azərbaycan Prezidenti tərəfindən növbəti dəfə BMT tribunasından dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM