Alternative content

20:05 19 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Əsrin müqaviləsi” müstəqil inkişaf yolumuzda dönüş nöqtəsidir
“Əsrin müqaviləsi” müstəqil inkişaf yolumuzda dönüş nöqtəsidir
ANA SƏHİFƏ / SİYASƏT
01:24 23.09.2020


Tarixi həqiqətdir ki, ölkəmizin hərtərəfli inkişafının bünövrəsini təşkil edən "Əsrin müqaviləsi”nin imzalanması asan başa gəlməmişdir. Xarici neft şirkətlərinin Azərbaycan neftinə marağı 1989-cu ildən başlasa da, müstəqilliyin ilk illərində ölkədə siyasi, iqtisadi, sosial, hüquqi, institusional xarakterli risklərin və xarici təhdidlərin mövcudluğu neft sazişinin imzalanması qarşısında ciddi maneələr törədirdi.

Belə ki, 1991-1993-cü illərdə Azərbaycanın müharibə şəraitində olması, bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri ilə üzləşməsi, idarəetmədə səriştəsiz insanların geniş şəkildə təmsil olunması, mövcud iqtisadi institutların olduqca səmərəsiz fəaliyyət göstərməsi, keçmiş ittifaq ölkələri ilə ticarət-iqtisadi əlaqələrin zəifləməsi nəticəsində ölkə iqtisadiyyatında böhran dərinləşmiş, sosial-iqtisadi vəziyyət kəskin surətdə pisləşmişdi. Bundan əlavə, ölkə daxilində silahlı qarşıdurma, vətəndaş müharibəsi, qardaş qanının axıdılması hərbi-siyasi xaosa gətirib çıxarmışdır. Bir sözlə, olduqca qeyri-əlverişli və təhlükəli böhran, problemlər və risklər şəraitində ölkəmiz yenicə bərpa edilmiş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı və Azərbaycan beynəlxalq biznes fəaliyyəti qurmaq, xarici sərmayələri ölkə iqtisadiyyatına cəlb etmək nöqteyi-nəzərdən ən çox riskli ölkələr sırasında yer alırdı.

O dövrdə ölkənin sosial-iqtisadi vəziyyətinin qısa müddətdə dirçəldilməsinin və müstəqilliyinin möhkəmləndirilməsinin yeganə yolu kimi təbii sərvətimiz olan karbohidrogen resurslarının hasil edilməsi və dünya bazarına ixrac edilməsi çıxış edirdi ki, bu da irihəcmli xarici investisiyaların, xarici texnologiya və yüksəkixtisaslı kadrların ölkə iqtisadiyyatına cəlb edilməsini həyati vacib məsələyə çevirirdi. Bu baxımdan ölkənin düşdüyü böhranlı və riskli vəziyyətdə xarici investorları inandırmaq, onlarla milli maraqlara cavab verən neft sazişi şərtlərini razılaşdırmaq böyük siyasi uzaqgörənlik və səriştə, idarəetmə təcrübəsi və bacarığı tələb edirdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1991-1993-cü illərdə hakimiyyətdə təmsil olunan insanların siyasi savadsızlığı və səriştəsizliyi, hətta bir çox hallarda şəxsi maraqları milli maraqlardan üstün tutması səbəbindən xarici investorlarla razılaşma əldə olunmadı.

Məhz xalqın təkidli tələbilə siyasi hakimiyyətə gəldikdən sonra Ümummilli Lider Heydər Əliyev çoxsaylı çətinliklərə baxmayaraq, danışıqlar prosesinə yeni nəfəs və xüsusi dinamika gətirdi. Çətinliklərin bir hissəsi yuxarıda qeyd etdiyimiz böhran şəraiti ilə yanaşı, neftin ixrac infrastrukturunun mövcud olmaması ilə bağlı idisə, digər hissəsi müəyyən xarici qüvvələrin təzyiqləri və təhdidləri ilə əlaqədar idi. Şübhəsizdir ki, bu təhdidlərin əsas məqsədi əlverişli geostrateji mövqedə yerləşən Azərbaycanı daim asılı vəziyyətdə və təsir dairəsində saxlamaq, onun iqtisadi müstəqilliyinin möhkəmlənməsinə xidmət edən istənilən layihələrin reallaşdırılmasına mane olmaq idi. Sazişin imzalanması ərəfəsində və ondan sonrakı illərdə də bu təhdidlər özünü xüsusilə Xəzər dənizinin statusu probleminin ortaya atılmasında, ixrac boru kəmərlərinin çəkilişinə əngəllərin yaradılmasında, dövlətimizin başçısına qarşı sui-qəsd planlarının, dövlət çevrilişi cəhdlərinin hazırlanmasında, ölkə daxilində terrorun və separatçılığın dəstəklənməsində büruzə verirdi. Bütün bu təhdidlərə və risklərə baxmayaraq, "Mən ömrümün qalan hissəsini də öz xalqıma bağışlayıram” fəlsəfəsini həyat tərzinə çevirən Ulu Öndər Heydər Əliyev çoxsaylı görüşlər və gərgin danışıqlar prosesində, daxili və xarici siyasətdə böyük müdriklik, yorulmaz əmək, enerji, qətiyyətli və cəsarətli mövqe, güclü siyasi iradə nümayiş etdirərək dünyanın aparıcı güc mərkəzlərinin, dövlətlərinin və onların iri transmilli şirkətlərinin diqqətini və marağını Azərbaycana cəlb edə bildi və bu tarixi missiyanın öhdəsindən uğurla gəldi. Nəhayət ki, 1994-cü il sentyabrın 20-də milli mənafelərimizə və qarşılıqlı faydalılığa əsaslanan irimiqyaslı neft sazişinin - Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Qeyd edək ki, sözügedən yataqlarda çıxarıla bilən neft ehtiyatı ilkin hesablamalara görə 511 milyon ton olsa da, yeni hesablamalara əsasən, 1.072 milyard ton həcmində müəyyən edilmişdir. 7,4 milyard dollar dəyərində olan və dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkətinin (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, LUkoil, Statoil, Türk Petrolları, Pennzoil, Ramco, Delta) iştirak etdiyi bu saziş müstəqilliyimizin taleyində həlledici əhəmiyyətə malik olduğuna, böyük çətinliklər bahasına başa gəldiyinə, keçən əsrdə Azərbaycan tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilə olduğuna görə haqlı olaraq "Əsrin müqaviləsi” adlandırıldı.

Xüsusi qeyd olunmalıdır ki, "Əsrin müqaviləsi”nin imzalanması sonralar 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 35 sazişin imzalanmasında həlledici amil oldu. Eyni zamanda sözügedən müqavilə Azərbaycanın Avropa və Asiyanı birləşdirən nəhəng transkontinental neft-qaz layihələrinə imza atmasına səbəb oldu ki, bununla da ölkəmiz mühüm əhəmiyyət kəsb edən beynəlxalq enerji qovşağına çevrildi. Nəhəng transmilli enerji layihələri olan Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Cənub qaz dəhlizi” və onun tərkib hissəsi olan "Şahdəniz 2” layihəsi, Cənubi Qafqaz Boru Kəməri, TANAP qaz ixrac kəməri, yekunlaşmaqda olan TAP qaz ixrac kəməri dünyanın enerji xəritəsini dəyişməklə Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən layihələr kimi uzun müddət ölkəmizə milyardlarla valyuta gəlirlərinin daxil olmasını təmin edəcək, Azərbaycanın yaxın coğrafiya üçün, xüsusilə Avropa və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyətini daha da yüksəldəcəkdir.

Həqiqətən də, "Əsrin müqaviləsi”nin imzalanması ilə milli maraqlarımıza və dövrün reallıqlarına tam cavab verən yeni neft strategiyasının təməlinin qoyulması və reallaşdırılması müstəqil inkişaf yolunda dönüş nöqtəsi və möhkəm platforma yaratmaq, ölkəmizin siyasi, iqtisadi və sosial inkişafında həyati vacib əhəmiyyətə malik olan hadisə kimi müstəqillik tariximizə əbədi həkk olundu. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın həqiqətən müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə "Əsrin kontraktı”nın imzalanması ilə bağlıdır. Bu çox cəsarətli və müdrik addım idi. Əgər 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə "Əsrin kontraktı” imzalanmasaydı, bu gün təsəvvür etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi”. Böyük uzaqgörənliklə, inamla və qətiyyətlə, güclü siyasi iradə ilə yaradılmış məhz bu möhkəm təməllər sayəsində ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında əldə edilmiş əzəmətli uğurlar və ali mənəvi sərvətimiz olan müstəqilliyimiz məhz bu dövrdən başlayaraq yüksəlişə, tərəqqiyə doğru irəliləməkdə və möhkəmlənməkdədir. Tam demokratik və hüquqi dövlətə çevrilmiş Azərbaycan bu gün dünyada baş verən təlatümlərin, qeyri-müəyyənliklərin, böhranların, münaqişələrin və qanlı toqquşmaların fonunda ictimai-siyasi stabilliyini qoruyub saxlaya bilən "sabitlik adası” kimi tanınır, dayanıqlı və davamlı inkişaf nümayiş etdirərək müxtəlif sivilizasiyaları, mədəniyyətləri təmsil edən ölkələr üçün əlverişli və etibarlı əməkdaşlıq və tərəfdaşlıq platforması, sivilizasiyalararası dialoq və multikulturalizm məkanı hesab edilir, regionda həyata keçirilən irimiqyaslı transmilli layihələrin əsas təşəbbüskarı və icraçısı kimi liderlik mövqeyini gücləndirir, dünyada və beynəlxalq təşkilatlarda sayılıb-seçilən, söz sahibi olan nüfuzlu dövlətlər sırasında yer alır.

Danılmaz faktdır ki, bütün bunlar məhz Ümummilli Lider Heydər Əliyevin və möhtərəm Prezident İlham Əliyevin müdrik və milli maraqların prioritetliyinə əsaslanan uğurlu siyasətlərinin təntənəsidir. Təsadüfi deyil ki, 23 il sonra dünyada və ölkədə cərəyan edən hadisələri, prosesləri və trendləri düzgün və vaxtında qiymətləndirərək, onları böyük uzaqgörənliklə qabaqlayaraq 2017-ci ilin 14 sentyabr tarixində yeni neft sazişinin imzalanması və bununla da yekunlaşmasına 7 il qalmış "Əsrin müqaviləsi”nin müddətinin daha əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılması XXI əsrin ən böyük tarixi nailiyyətlərindən biri olmaqla bu siyasətin təntənəsinin ardıcıl və etibarlı şəkildə davam etdiyini bir daha təsdiq etdi. Dünyanın ən məşhur 8 neft şirkəti ilə daha bir nəhəng, qlobal əhəmiyyətli - beynəlxalq ictimaiyyət tərəfindən "XXI əsrin müqaviləsi” adlandırılan sazişin imzalanması Azərbaycanın müstəqillik tarixinin çox əlamətdar hadisəsi olaraq, İlham Əliyev dövrünün ən mühüm uğurlarından biri kimi dəyərləndirilməlidir.

Azərbaycan dövlətinin belə bir nəhəng sazişə imza atması ən azı 2050-ci ilə qədər ölkəmizin davamlı və dayanıqlı iqtisadi və sosial inkişafı üçün zəmanət yaratmaqla, həm də Azərbaycanın neft strategiyasında yeni eranın başlanğıcını qoydu. Bu nəhəng transregional enerji müqaviləsinin son illərdə qlobal iqtisadiyyatda müşahidə olunan qeyri-stabil şərait fonunda baş tutması, birmənalı olaraq dövlət başçısı İlham Əliyevin məharətli idarəçiliyini və regiondakı güclü lider obrazını bir daha təsdiq edir.

"XXI əsrin müqaviləsi”nin imzalanması sentyabr ayının ilk günlərində bəzi xarici mətbu orqanlarında Azərbaycan hakimiyyətinə qarşı səsləndirilən bütün qarayaxmalara da çox tutarlı cavab oldu. Bütün bu siyasi təzyiqlərə, toqquşan maraqlara baxmayaraq, nəhəng qlobal neft şirkətlərinin Azərbaycana uzunmüddətli dövr ərzində böyük miqdarda investisiya qoyuluşunu həyata keçirməsi dünya birliyinin Azərbaycan Prezidentinə, Azərbaycan iqtidarına olan inamının, etibarının ən bariz göstəricisi oldu, eyni zamanda İlham Əliyevin cəsarətini, güclü siyasi iradəsini, Azərbaycanın necə etibarlı beynəlxalq tərəfdaş olduğunu bütün dünyaya nümayiş etdirdi.

"Əsrin müqaviləsi”nin 23 illik fəaliyyəti (1994-2017) dövründə 33 milyard dollar həcmində sərmayə qoyuluşu ilə 440 milyon ton neft hasil edilərək ölkəmizə 125 milyard dollardan çox birbaşa mənfəət qazandırmış "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının potensialının yarısından çoxunun hələ istifadə edilmədiyini nəzərə alsaq, onda yeni sazişin ölkəmizin sosial-iqtisadi rifahına verəcəyi misilsiz töhfələr əvəzedilməz hesab edilməlidir. Belə ki, "XXI əsrin müqaviləsi”nin şərtlərinə görə, fəaliyyət göstərəcəyi 32 il ərzində əlavə olaraq 40 milyard dollar həcmində investisiya qoyuluşları, 3,6 milyard dollar məbləğində bonusun dövlətə ödənilməsi, 500 milyon tondan çox neft hasilatının proqnozlaşdırılması, neftlə yanaşı hasil ediləcək səmt qazının tamamilə Azərbaycana məxsus olacağı nəzərdə tutulur. Mənfəət neftindən 75 faizlik payın əldə edilməsi və SOCAR-ın payının 2 dəfədən çox artaraq, 11,65 faizdən 25 faizə yüksəldilməsi, xeyli sayda yeni iş yerlərinin yaradılması ölkə iqtisadiyyatının dinamik inkişafına səbəb olacaq böyük multiplikativ effektlər doğuracaqdır.

Əminlik hissi ilə qeyd edə bilərik ki, sazişin yeni əlverişli şərtlərlə davam etməsi yaxın gələcəkdə ölkəmizin sürətli inkişafında yeni keyfiyyət mərhələsinin başlanmasına və inkişaf etmiş postindustrial ölkələr sırasına daxil olmağa doğru hədəflənmiş yolun çox qısa bir zamanda dəf edilməsinə səbəb olacaqdır. Bunun üçün "Əsrin müqaviləsi”nin Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunmasında, möhkəmlənməsində və qüdrətlənməsində əvəzsiz rola malik olduğunu sübut edən ən yaxın keçmişimizə nəzər yetirmək kifayətdir ki, bu əminliyimizdə haqlı olmağımız bir daha öz təsdiqini tapsın.

Mübaliğəsiz demək olar ki, bütün bu tarixi nailiyyətlərin əldə olunmasında "Əsrin müqaviləsi”nin mühüm rolu olmuşdur, var və olacaqdır. Bundan sonra da, hələ uzun illər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Azərbaycanın neft strategiyası nəinki müstəqil Azərbaycanın, eləcə də bütövlükdə region ölkələrinin və ümumilikdə qlobal iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfələr verməyə davam edəcəkdir.

Şəmsəddin HACIYEV,

YAP Səbail Rayon Təşkilatının sədri, iqtisad elmləri doktoru, professor





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM