Alternative content

20:14 19 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pambıq yığımı sürət götürür
Pambıq yığımı sürət götürür
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:23 23.09.2020


Muğan torpağının qiymətli sərvətlərindən biri də pambıqdır. Hələ keçmişdən bu məhsulun hesabına kəndlinin gün-güzəranı yaxşılaşmış, həyat səvyyəsi yüksəlmişdir. Elə buna görə də pambığı "ağ qızıl” adlandırmışlar.

Məlumdur ki, Salyan ölkənin ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Burada digər sahələrlə yanaşı, pambıqçılıq da inkişaf etmişdir. Sövetlər birliyi zamanında qazandıqları yüksək nəticələrə görə neçə-neçə zəhmət adamı "pambıq ustası” adını almış, o dövrün yüksək mükafatları ilə təltif edilmişlər. Qüdrət Səmədov, Sabir Əhmədov, Bibinisə Eyvazova, Laura Səlimova və onlarca başqalarının adları indi də hörmət-izzətlə xatırlanır.

SSRİ-nin süqutundan sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında, o cümlədən pambıqçılıqda da tənəzzül dövrü başladı. Hakimiyyətə gələn naşı qüvvələr "qul əməyidir” deyib pambıqçılıqdan imtina etdilər. Amma nə yaxşı ki, bu proses uzun çəkmədi. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin, o sıradan da respublikamız üçün ənənəvi sahə olan pambıqçılığın inkişafı üçün sərəncamlar imzaladı, islahatlar həyata keçirdi.

Ölkədə aparılan torpaq islahatı nəticəsində kəndli, torpaq mülkiyyətçisi, fermer nə əkəcəyini özü müəyyənləşdirdi. Amma ilk illər əlində kifayət qədər vəsaiti olmayan kəndli şum etməkdə, toxum, gübrə və digər vasitələri əldə etməkdə çətinliklərlə qarşılaşdı. Müvəqqəti çətinliyə dözə bilməyənlər pay torpaqlarını dəyər-dəyməzinə satdılar.

1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi” bir müddətdən sonra öz bəhrəsini verməyə başladı. Neftdən gələn ilkin gəlirlər kənd təsərrüfatının da inkişafına yönəldildi. 2004-cü ilin fevral ayının 11-də Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair ilk dövlət proqramını imzaladı. Hazırda dördüncü proqram icra olunur. Ötən illər ərzində bölgələr sürətli inkişaf dövrü keçmişdir. Eyni zamanda aqrar sahədə böyük işlər görülmüşdür. Hər bir rayonda Dövlət Aqrar İnkişaf Mərkəzi, "Aqrolizinq”, əkinçiliyin, heyvandarlığın, toxumçuluğun inkişafı üçün yeni qurumlar, infrastruktur yaradılmışdır. Verilən subsidiyalar, edilən güzəştlər kəndlini torpaqla, aqrar sahə ilə daha yaxından ülfət bağlamağa sövq etmişdir.

Dövlət başçısının ixracdan azad olmaq, yerli məhsullarla özümüzü təmin etmək, xaricə valyuta axınının qarşısını almaq, yeni iş yerləri yaratmaq kimi qarşıya qoyduğu vəzifələr kəndlilər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Ardınca kənd təsərrüfatında yeni texnika və texnologiyaların tətbiqi ilə əlaqədar Amerikadan, Almaniyadan, qardaş Türkiyədən və digər ölkələrdən maşın və mexanizmlər, avadanlıqlar alınıb gətirilmişdir. Pambığın satınalma qiymətinin artırılması isə fermerlərə əlavə stimul vermişdir.

Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tarıyel Atamalıyev deyir ki, rayonda son illər pambıqçılığın inkişafı ilə bağlı mühüm işlər görülüb: "Hazırda rayonda pambığın istehsalı və tədarükü ilə üç - "P-Aqro” MMC, "MKT-İK” və "Azərpambıq” şirkətlərinin filialları məşğul olur. Həmin müəssisələr tərəfindən keçən il 4 min 788 hektarda pambıq yetişdirilmişdi. Gərgin əmək öz bəhrəsini verdi. Rayon pambıq istehsalı üzrə respublikada 3-cü, hər hektarın məhsuldarlığı 33,9 sentner, mahlıc çıxımı 41 faiz oldu. Mülkiyyətçilər, fermerlər yaxşı qazanc əldə etdilər. Təhvil verdikləri pambığın pulunu ən geci 2-3 günə aldılar. Bu isə pambıqçılığa marağı daha da artırdı”.

"P-Aqro” bu ilin əvvəlində 331 mülkiyyətçi ilə müqavilə bağlayıb. Onlar 2 min 150 hektarda pambıq əkib-becərmişlər ki, bu da ötən ildəkindən 100 hektar çoxdur. Qeyd edək ki, rayondakı şirkət filialları, o cümlədən "P-Aqro” həmişə istehsalçıların yanındadır. Onlar şumun qaldırılması, əkinə hazırlıq, toxum, mineral gübrələrlə, ziyanvericilərə qarşı maddələrlə, becərmə texnikaları ilə təchizat və s. məsələlərlə bağlı öz köməklərini mülkiyyətçilərdən əsirgəmirlər. Mütəxəssislər, demək olar ki, hər gün sahələrdə olur, sahibkarlara məsləhət və tövsiyələr verirlər.

Salyan-Biləsuvar şose yolunun 6-cı kilometrliyindən başlayaraq, yolun hər iki tərəfi pambıq və yay şumu aparılmış taxıl, yonca sahələridir. T.Atamalıyev deyir: "Bu sahələr Cavad çalası adlanır. Kolxoz dövründə Borankənddə ən məhsuldar əkin sahəsi kimi ad çıxarmışdı. Lakin zaman keçdikcə bu torpaqlar şorlaşmağa başladı. Həm də təkcə bu ərazilər deyil... Mən elə bilirəm ki, bütün müşkül məsələlər kimi, bu problem də yaxın vaxtlarda öz həllini tapacaq. Ölkə Prezidentinin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı nəticəsində genişmiqyaslı meliorasiya işlərinə başlanılacaq”.

Qarşıdakı sahədə qız-gəlinlər pambıq yığırlar. "P-Aqro” filialının baş aqronomu Ələsgər Əliyevlə birlikdə sahəyə yollanırıq. Fermer Bikəxanım Abbasovanın oğlu Zamiq Abbasov deyir ki, artıq ikinci gündür yığıma başlayıblar: "Suvarma suyu ilə əlaqədar yaranan çətinliyə görə bu sahənin pambığı tez açıb. Odur ki, yığıma buradan başladıq. Məlumatımız var, bu il su problemi hər yerdə olub. Başa düşürük, bu, təbiətlə əlaqədar olan işdir. Allah qoysa, hər şey yaxşı olar”.

Pambıqyığan qızlara yaxınlaşıb onlarla qısa söhbət edirik. Badam Süleymanova, Xalidə Muradova, Elmira Abdullayeva, Arzu Muradova və başqaları hər gün 70-80 kiloqram məhsul topladıqlarını deyirlər.

Öyrənirik ki, bir neçə gündən sonra yığım daha da sürətlənəcək. Rayondakı 22 pambıqyığan maşın sahələrə çıxacaq. "P-Aqro” filialı üzrə isə ümumi məhsulun 90 faizinin maşınlarla yığılması nəzərdə tutulmuşdur.

Şirkətin Şorsulu kəndindəki filialında məhsulun qəbul edilməsi üçün bütün tədbirlər görülüb. Filiala gələn yola, habelə müəssisənin həyətinə çınqıl döşənib. Taya yerləri, transportyor və elevatorlar, elektron tərəzi, laboratoriya cihazları, yanğına qarşı mübarizə qurğuları və s. əsaslı yoxlanılaraq hazır vəziyyətə gətirilib. T.Atamalıyev onu da qeyd etdi ki, pambıq qəbulu zamanı ortaya çıxa biləcək narazılıqların qarşısını almaq məqsədilə şirkətin pambıq qəbulu məntəqəsində Kənd Təsərrüfatı nazirinin sərəncamına əsasən xüsusi komissiya yaradılmışdır.

Günəş yavaş-yavaş qüruba enir. Axşamlar havaların sərinləməsi payızın gəlişindən xəbər verir. Buna görə də fermerlər yağışlar düşməmiş zəhmətlə yetişdirdikləri pambığı tez və itkisiz yığmağa çalışırlar.

Seyran CAVADOV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM