Alternative content

10:14 24 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:30 24.10.2020 Müslüm ucalığı
00:27 24.10.2020 Ömrü örnək olan alim
00:24 24.10.2020 BİLDİRİŞ
00:24 24.10.2020 BİLDİRİŞ
00:23 24.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aşkarlanmış qədim yaşayış yeri turistlərin marağına səbəb olacaq
Aşkarlanmış qədim yaşayış yeri turistlərin marağına səbəb olacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:22 23.09.2020


Dünyada analoqu olmayan təbii-müalicəvi Naftalan nefti ilə tanınan eyniadlı şəhər təkcə təbii sərvəti ilə deyil, həm də arxeoloji abidələri ilə diqqəti cəlb edir. Böyük turizm potensialı olan Naftalan şəhərində arxeoloji tədqiqatların aparılması abidələrimizin tədqiqi və təbliği baxımından çox əhəmiyyətlidir. Xüsusilə dünyada nadir sayılan böyük ölçülü kurqanların şəhər ətrafında mövcudluğu onların tədqiq edilərək yerüstü muzey kimi qorunmasına zərurət yaradır.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı bu yaxınlarda şəhərin Qaşaltı-Qaraqoyunlu kəndinin ərazisində çoxtəbəqəli yaşayış yeri aşkar edilmişdir. Bu da bir daha bu yerin qədimliyini sübut edir.

Yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Qədim yaşayış yeri təpənin, demək olar ki, bütün ərazisini əhatə edir. Abidənin əsas təbəqəsi Eneolit dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqənin qalınlığı 2 metrdən artıqdır. Eneolit dövrünə aid təbəqədən V minilliyə aid oval, dairəvi quruluşda çiy kərpicdən tikinti qalığı, qazma evlər, saxsı qab hissələri və daş əmək alətləri aşkar edilmişdir. Yaşayış yerinin üzərində Son Tunc-İlk Dəmir dövründə torpaq qəbirlərin, Antik dövrdə isə küp qəbirlərin salındığının şahidi oluruq. Abidənin mərkəzi və şimal-qərb hissəsində eneolit təbəqəsinin üzərində orta əsrlərdə məskunlaşma olmuşdur. Orta əsrlər dövrünə aid mədəni təbəqədən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirəli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinmişdir. Yaşayış yeri əlverişli təbii-coğrafi mövqedə yerləşməsinə və sahəsinin böyüklüyünə görə diqqəti cəlb edir. Söz yox ki, bu cür qədim abidələrin aşkar edilməsi arxeoturizmlə tibbi turizmin sintezinə öz töhfəsini verəcək.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM